Namiq Ağamalıyevin rəhbərliyi ilə AMİU-nun nəzdində İNŞAAT KOLLECİ uğurla inkişaf edir...

Namiq Ağamalıyevin rəhbərliyi ilə AMİU-nun nəzdində İNŞAAT KOLLECİ uğurla inkişaf edir... Yarandığı ilk gündən İnşaat Kollecinin rəhbərliyinin məqsədi təhsilin müasir standartlara uyğun təşkil olunmasına, mükəmməl mütəxəssislərin hazırlanmasına nail olmaqdır. Bunun üçün İnşaat Kolleci həm tədrisdə, həm də gənc nəslin tərbiyəsində öz fəaliyyətini dövrün tələblərinə, AzMİU-nun qabaqcıl standartlarına uyğun qurmuşdur.

Kollecdə təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 4 il, tam orta təhsil bazasından qəbul olanlar üçün isə 3 ildir. Qiyabi bölmədə oxuyanların təhsil müddəti 3 il 10 ay və ya 4 ildir.
İnşaat Kollecində Azərbaycan Memarlıq və İnşaat Universitetində olduğu kimi xüsusi qabiliyyət tələb edən fənlərdən hazırlıq kursları fəaliyyət göstərir.
Kollecə qəbul aşağıdakı ixtisaslar üzrə aparılır.

İxtisaslar və şifrələri.
040561- “Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri”
040548 - “İnformasiya texnologiyası sistemləri” -
040555 - “Tikinti məmulatları və konstruksiyaları istehsalı”
040720 - “Nəqliyyat vasitələrinin təmiri və servisi"
040319 - “Dizayn”
040552 - “Bina və qurğuların tikintisi və istismarı”
040557 - “Qaz təchizatı sistemi və avadanlıqların quraşdırılması və istismarı”
040516 - “Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlıqları”
040554 - “Geodeziya və xərtiçilik”

İnşaat Kollecində olan ixtisasların tədris planları və fənn proqramları əsasən ali təhsil pilləsinin tədris plan və fənn proqramları ilə uyğunlaşdırıldığı üçün eyni ixtisas üzrə təhsilini ali məktəbdə davam etdirmək istəyənlərin bakalavr təhsil pilləsində daha yüksək nailiyyətlər əldə etmək imkanları yaranır.
Kolleci bitirən tələbələr ali məktəblərə qəbul olunaraq təhsilini davam etdirə bilərlər.


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, AzMİU-nun nəzdində İnşaat Kollecinin direktoru Namiq Ağamalıyevdir.

AzMİU-nun nəzdində İnşaat Kollecinin direktoru Namiq Ağamalıyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Namiq Ağamalıyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Namiq Ağamalıyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Namiq Ağamalıyevdən danışdılar yaxşı ki, Namiq Ağamalıyev AzMİU-nun nəzdində İnşaat Kollecinin direktoru təyin olunub… Namiq Ağamalıyev öz isguzarlığı ilə tanınır və seçilir….

AzMİU-nun nəzdində İnşaat Kollecinin direktoru Namiq Ağamalıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Namiq Ağamalıyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Namiq Ağamalıyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Namiq Ağamalıyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Namiq Ağamalıyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Namiq Ağamalıyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Namiq Ağamalıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Namiq Ağamalıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun AzMİU-nun nəzdində İnşaat Kollecinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Namiq Ağamalıyev özünü doğruldub. Bizdə hörmətli Namiq Ağamalıyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər