Sərhəddə düşmən təxribatı — Yaşayış evləri atəşə tutulub

Sərhəddə düşmən təxribatı — Yaşayış evləri atəşə tutulub 2019-cu ilin 17 dekabr tarixində saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş möv­qelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqa­mətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.

Oxşar xəbərlər