"Siyasi müacir" biznesiylə məşğul olanların vasitəsiylə Almaniya gedənlər bu səbəbə deportasiya ediləcək — İLGİNC DETALLAR

Alman polisi bu ölkədə Azərbaycandan gələn miqrant “siyası mühacir”lərin siyahısını müəyyənləşdirməklə məşğuldur.
Bu barədə “Ölkə.Az”a məlumat Almaniyada yaşayan soydaşlarımızdan məlumat daxil olub. Onların sözlərinə görə, artıq Alman polisi Azərbaycandan gələn miqrantların sənədlərini araşdrımağa başlayıb. Bu araşdırmalara “siyasi mühacir” biznesi ilə məşğul olan dəstənin ifşasından sonra başlanılıb. Belə ki, Alman polisi təkcə saxta siyasi mühacir alveri ilə məşğul olan dəstənin üzvləri ilə yanaşı, bu dəstənin əli ilə saxta siyasi mühacir statusu alan şəxslərin də deportasiya olunacağı gözlənilir. Bunun üçün də polis aidiyyatı quurmlarla birlikdə araşdırmaya başlayıb.

Qeyd edək ki, “Trend”in yaydığı məlumata görə, Almaniyanın Bavariya torpağından xeyli azərbaycanlı “siyasi mühacir” deport olunacaq. Mətbu oqranının məlumatına görə, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb. Deportasiya olunacaq şəxslər əsasən də Müsavat Partiyasının sənədi ilə sığınacaq alanlar olacaq.

Əldə etdiyimi məlumata görə, Azərbaycan hökuməti də bu işdə Almaniya və digər Avropa ökələrinə diplomatik kanallarla öz yardımını göstərməyə hazır olduğunu bildirib.

Çünki Müsavat, AXCP və ADP “siyasi mühacir” biznesi təkcə Almaniyada deyil, ümumiyyətlə Avropanın digər ölkələrində də məşğuldur və bu məqsədlə çox böyük bir mütəşəkkil şəbəkə formalaşdırıblar.

Məsələ ilə bağlı sabiq müsavatçı jurnalist Aygün Muradxanlı deyib ki, mühacir biznesinin tarixi çox da yeni deyil:

“Mən 12 il öncə müxalifət düşərgəsi ilə yaxından-uzaqdan əlaqəsi olmayan və TV-lərdən birində texniki işçi kimi çalışan tanışım müxalifət partiyasının biletini almaqda ona yardım etməmi istəyəndə daş atıb başımı tutmuşdum. O isə israrla bildirdi ki, dostu qısa müddət içində pulla alıb və o əsasla ailəsi ilə Almaniyada yaşayır. “Sən nə danışırsan?”, “heç vaxt ola bilməz”, “Nizamnamə nəyi necə tələb edirsə elə olmalıdır, başqa yolu yoxdur” deyib, müxalifətçilərə böhtan atdığına görə haqqında ağır danışmışdım. Heç tövrünü pozmadan gülə-gülə demişdi ki, əsəbləşmə, adam tapıb 2 saata Müsavatın vəsiqəsini alım, onda danışarıq. Dediyini eləmişdi. 2 saata, 2 aya bilmirəm, amma sonda “müsavatçı” oldu, Almaniyaya köçdü”.

Aygün Muradxanlı vurğulayıb ki, Müsavat Partiyası belə boşaldıldı, bu alver partiyanın nüfuzunu yerlərə düşürtdü, mühacir biznesi bu haqda danışanların üzərinə trol sürüsü salına-salına çiçəkləndi, mitinqlər təzə “bazar dalğası” yaratmaq üçün keçirildi. Partiya rəhbərliyi isə burnunu yuxarı tutub ali ideyalardan dəm vurdu.

Jurnalist onu da bildirib ki, əsas məsələ saxta müxalifət vəsiqələrinin satılmasıdır: “Özünü müxalifət lideri adlandıran şəxslər buna görə illərini müxalifət düşərgəsində keçirib vəsiqə ala bilməyən, tamamilə təsadüfi insanların vəsiqə almasına üsyan edən gerçək müxalifətçilər qarşısında mənəvi məsuliyət daşıyırlar.

Bu şəbəkə ifşa olunsa, hüquqi məsuliyyəti çoxları paylaşacaq. Avropaya bir partiya bileti ilə gedilmir ki?.. O bileti alanlara 40-50 dollarlıq vizaları kimlər 3000 dollara düzəldir, səfirlik dəllalları kimlərdir, hansı turizm şirkətləri qapısına “Bodrum, Antalya, Roma...” yazıb Avropaya mühacirdaşıma zəncirində bir halqa olmağı seçib, Avropa ölkələrinin miqrant idarələrində kimlər bu saxta sənədləri nə qədər rüşvət qarşılığında qəbul edir? Suallar çoxdur. Tələb təklif formalaşdırıb, avroplılar da hər zamankı kimi yeni biznes növləri kəşf ediblər. Tərəfdaşları da müxalifət partiyalarının rəhbərliyidir”.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə bildirib ki, “siyasi mühacir” biznesi yeni deyil, bu 90-cı illərdən başlayıb:

“Bu mövzunu Azərbaycanda ilk dəfə KİV-ə çıxaran, sosial şəbəkələrdə yayan mən olmuşam və ardıcıl yazılar hazırlamışam. O zaman heç kim bu mövzuya toxunmurdu. Ona görə də belə demək olar ki, mənim mövqeyim çoxdan bəllidir. Sözügedən çirkin biznes 90-cı illərdən var. Mən özüm də bu haqda ilk dəfə 1998-ci ildə eşitmişəm. Belə ki, iş yoldaşım müxalif partiyalardan birindən belə sənədlər əldə etmişdi. Bunun qarşılığında isə onlara 800 dollar vermişdi. Qeyd edim ki, bu, o zaman üçün kifayət qədər yüksək məbləğ idi. Təəssüf ki, sonradan bəzi adlarını çəkmək istəmədiyim hüquq müdafiəçiləri də bu biznesə qoşuldular. Özü də bu işin müqabilində yüksək məbləğdə pul almağa başladılar. Hətta daha sonra bu işlə məşğul olan xüsusi adamlar ortaya çıxdı ki, onlar məsləhət verməklə məşğul olur, hansı sənədlərin vacib olduğunu izah edirdilər. Məsələn, nə cür videolentlərin, hansı vəziyyətdə çəkilmiş şəkillərin lazım olduğunu izah edirlər. Elə adamlar tanıyırdım ki, fotoaparat götürüb mitinqə gedirdilər və qarışıqlıq salıb bilərəkdən polisin qoluna girib xüsusi vəziyyətlərdə şəkillərini çəkdirirdilər. Bəzi şəxslər qəsdən inzibati xəta törədib müəyyən müddətlik həbs alırdılar. Vəkilləri çıxıb deyirdi ki, onlara orada işgəncə verilir və s. Yəni mətbuatda belə yazılar dərc etdirir və onları yığırdılar. Bundan sonra isə rahatlıqla mühacirətə gedirdilər. Sözümün canı odur ki, onları heç bir siyasi partiyanın üzvü saymaq olmaz. Gedənlərin içərisindən bir neçə nəfər tapmaq olar ki, onlar fəallıq göstəriblər. Amma bu, digərlərinə aid deyil. Təəssüf ki, belə bir şəbəkə fəaliyyət göstərir. Mən deyərdim ki, bu, hətta transmilli qruplaşmadır. Yəni, kimin pulu varsa, o, məbləği ödəyib arayışları, vəsiqəni hazır əldə edir. Kimin buna maddi imkanı çatmırsa, o, müəyyən xətalar törətməklə cəza almağa nail olur. Külli miqdarda vəsait xərcləyə bilməyənlər belə yola əl atıb özlərini bir neçə aylıq həbs etdirirdilər. Əmin idilər ki, bu, azmüddətli olacaq və sonra əfv olunacaqlar. Başqa faktlar da var. Elə şəxslər olub ki, dindarlıq etməyə başlayıblar. Sonra iddia ediblər ki, guya dini baxışlarına görə təqib olunurlar. Halbuki hamı bilir ki, bu ölkədə tolerantlıq var və heç kimə dini inancına görə heç bir söz deyilmir. Müşahidə edirdik ki, onlar Avropaya gedəndən sonra din heç yadlarına düşmür. Avropada ölkədəki qruplaşmalarla əlbir olan QHT-lər və digər mafiyalar var. Onlar tez-tez müəyyən bəyanatlar səsləndirir, burada vəziyyətin çox pis olduğu görüntüsünü yaratmağa çalışırlar. Onların danışığına qulaq asan adam Azərbaycanı Somali kimi bir dövlət təsəvvür edir. Bilməyənlər elə düşünür ki, ölkədə kütləvi basqılar var, insanlar evlərindən bayıra çıxa bilmirlər. Axı belə bir şey yoxdur. Burada kimin başı kəsilib? İndiyə qədər hansısa icazəli mitinqdə qadağalar olubmu? Hətta daha gülünc iddialar səsləndirilir. Eləsi var deyir ki, işlədiyi yerdə ona zorla YAP-a üzv olmağı tapşırıblar. Yoxsa özünü və ailə üzvlərini öldürəcəkləri ilə hədələyiblər. Bu qədər absurd bəhanə də olub. Mən bəzi şəxslərə çoxdan təklif etmişəm ki, əgər bu biznesdə yoxsunuzsa, zəhmət çəkib Avropa ölkələrinin miqrasiya xidmətlərinə və ya digər qurumlarına beş sətirdən ibarət məktub göndərsinlər. Yazsınlar ki, bizim verdiyimiz arayış və vəsiqələr əsasında heç kim Avropaya mühacirət etməyib. Ya da kimsə edibsə, konkret olaraq adları qeyd olunsun ki, bu şəxslər istisnadır. Amma onlar bunu etmirlər, deməli, doğrudan da bu biznesin iştirakçılarıdırlar. Bu haqda rəsmi bəyanat da verə bilərdilər”.

Müsavat Partiyasında “siyasi mühacir” alveri ilə İsa Qəmbər, Arif Hacılı və Gülağa Aslanlının məşğul olması faktına gəldikdə isə S. Məmmədov deyib ki, konkret şəxslərin adlarını çəkə bilmərəm. “Çünki əlimdə faktım yoxdur. Onların bu cür sənədləri imzalayıb-imzalamaması haqqında fikir bildirməyim doğru olmaz. Sadəcə, 90-cı illərdən bəri müşahidə edirəm ki, bəzi təşkilatlar, hətta fərdi şəxslər də bu işlərlə məşğuldur. Bir nəfər siyasi partiyaların birində özünə bir otaq da götürmüşdü. Orada məsləhət xidməti göstərir, sənədlərin düzəlməsi üçün vasitəçilik də edirdi. Təbii ki, əvəzində xidmət haqqı almaqla”,- deyə hüquq müdafiəçisi bildirib.

Bəli, deyilənlərdən də göründüyü kimi bu gün Avropada “siyasi mühacir” statusu alan şəxslərin əksəriyyətinin Azərbaycandakı müxalifət siyasi partiyalarla heç bir əlaqəsi yoxdur. Bu şəxslər daha rahat həyat şəraitini təmin etmək üçün sadəcə siyasi partiyalardan bir vasitə kimi istifadə ediblər. Təbii ki, onlar bu “siyasi mühacir” statusunu almaq üçün həmin müxalifət partiyalarında fəaliyyət göstərən “işbazlar”ın xidmətindən istifadə ediblər. Bu “işbazlar” “xidmətlərinin” müqabilində müəyyən haqq alıblar. Və təbii olaraq bu işi partiya rəhbərliyi ilə bu işi birgə həyata keçiriblər.

Yəni, xarici ölkəyə mühacir kimi getmək istəyən şəxs bu “biznes”lə məşğul olan hansısa müxalifət partiyasının nümayəndəsinə müəyyən məbləğdə ödəniş edir (Burada daha böyük məbləğdən söhbət gedir – 3 min manatdan 10 min manatadək). Tək və ya ailə ilə gedənlər üçün məbləğ dəyişir. Mühacir biznesi ilə məşğul olanlar onlara müraciət edənləri təşkil edilən mitinqlərə göndərirlər, hətta polislə münaqişənin bu işə daha çox fayda verdiyini bildirirlər. Nəticədə polisin təxribata çəkilməsi baş verir. Mitinqdə çəkilən şəkil, üstəgəl polisə düşübsə bu barədə arayış sənədlərə tikilir. Daha sonra viza alınması üçün köməklik edilir... Xatırlayırsınızsa, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn 2017-ci ildə keçirilən mitinqdə çıxışı zamanı demişdi ki, burada, yəni aksiyada xeyli yeni simalar görür.

Elə bu yaxınlarda oktyabrın 19-da keçirilən icazəsiz aksiyada iştirak edənlərlə bağlı ADP sədri Sərdar Cəlaloğlu da buna uyğun bir ifadə işlətdi. “19 oktyabr aksiyasına daha çox yeni simalar qatılmışdı”- fikrini işlətdi. Əslində, həmin “yeni sima”lar mühacirətə getmək üçün bəzi partiyalarla danışıqlar aparan şəxslər idi. Hansı ki, onların əksəriyyəti heç vaxt siyasi partiya üzvü olmayıb, siyasi proseslərlə maraqlanmayıblar.

“Müştəri” xaricə getdikdən sonra da mühacir statusu almaq üçün sosial şəbəkələrdə səhifələr açaraq ölkə əleyhinə çıxışlar edir, guya ölkədə ona olan siyasi təzyiqdən əziyyət çəkib. Əvvəllər bu variantlar keçərli idi. Artıq Avropa ölkələri bu yalanlara inanmır, bu cür şəxsləri geri göndərirlər. Belə olan halda, onlar intihara cəhd etməkdən belə, çəkinmirlər...

Odur ki, Avropa ölkələri də bu siyasi dələduzların hansı oyundan çıxdıqları bildiyindən, onların bu əməllərinin qarşısını qanuni yolla almaq taktikasını seçib. Bavariyadan başlanan “siyasi mühacir” biznesi digər əyalətlərdə də ifşa olunacaq və bu digər ölkələri də əhatə edəcək. Saxta yolla siyasi mühacir adı alanlar Avropadan deportasiya olunacaq.

Oxşar xəbərlər