Rusiyada ayıları qırmaq istəyirlər

Rusiyada ayıları qırmaq istəyirlər Rusiyanın Kamçatka vilayətində bir sıra ictimaiyyət nümayəndəsi ayıların qırılması ilə bağlı təşəbbüslə çıxış edib. Meşə təsərrüfatı agentliyindən dəstək alan bəzi fəallar “Kronotsk dövlət qoruğu” qarşısında 500 ayının öldürülməsi məsələsini qaldırıb.
Bizimyol.info xəbər verir ki, qoruğun direktor müavini Vladimir Xalmanov çox çətin vəziyyətdə qaldıqlarını bildirib. O, ilk dəfə belə təşəbbüslə qarşılaşdıqlarını deyir.

“Hələ yadıma gəlmir ki, nə vaxtsa belə tələblə üzləşək. Fəallar onu əsas gətirir ki, guya ayılar insanlar üçün təhlükə yaradır. Amma bizim qoruğun ərazisindəki ayılar heç kimə zərər yetirmir. Burada vəhşi heyvanlar üçün yetərincə balıq var. Heyvanların qoruğun ərazisini tərk etməyə ehtiyacı yoxdur”, – qoruq nümayəndəsi söyləyib.

Xalmanov eyni zamanda etiraf edib ki, qoruğun ərazisində ayıların sayı nəzərdə tutulandan iki dəfə çoxdur. Daha çox bu müstəvidə fəalların tələbi anlaşılandır.

Oxşar xəbərlər