Eyvaz Hüseynov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır

Eyvaz Hüseynov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynovdur.

Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Eyvaz Hüseynov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır


Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Eyvaz Hüseynov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xocavənd RİH-nin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayan həddə yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Bildirək ki, sürətli inkişaf yolunda olan rayonlardan biri də Xocavənddir. Hazırda rayona rəhbərlik edən icra başçısı Eyvaz Hüseynovun Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, Eyvaz Hüseynov Xocavəndə icra başçısı təyin edilməsindən artıq illər keçib. Hələ digər sahələrdə işləyərkən cənab Hüseynov bir sıra uğurlara imza atmış, Vətənçün bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Xocavəndə icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi. Hazırda Eyvaz Hüseynovun gərgin əməyi və zəhməti sayəsində Xocavənd sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Xocavənd rayon İcra Hakimiyyəti Başçısı cənab Eyvaz Hüseynovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Xocavəndin əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan Qanuninfo.az-nun elektron poçtuna ünvanlanan məktublarda Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynovun fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.
Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.
Eyvaz Hüseynov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır


Ölkə rəhbərinin tapşırıqlarına əsasən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülməlidir.

Odur ki, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq.
Bu yolda hər birinizə uğurlar diləyirik”.Eyvaz Hüseynov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır

Oxşar xəbərlər