Bakıda çimərlik faciəsi – bir kənddən 4 dost dənizdə boğuldu

Bakıda çimərlik faciəsi – bir kənddən 4 dost dənizdə boğuldu İyulun 28-də Pirşağı çimərliyində batan 4 nəfərdən 2-sinin cansız bədəni tapılıb.

Musavat.com xəbər verir ki, dənizdə batan 4 nəfər dost olub. Onlar Sabunçu rayonu Kürdəxanı kənd sakinləridir.

Məlumata görə onlardan ikisinin meyiti hadisədən bir neçə dəqiqə sonra çıxarılıb. Onların cənazəsi ailə üzvlərinə təhvil verilib. Axşam saatlarından FHN əməkdaşları araşdırmaları davam etdirir.

Onların tapılıb-tapılmaması barədə hələki dəqiq məlumat yoxdur.

Əldə etdiyimiz məlumata görə dünyasını dəyişən gənclərin yanında daha 3 dostu olub. Onların hamısı eyni anda boğulmaq təhlükəsi ilə üz-üzə qalıblar. 3 nəfər dənizdən çıxa bilsə də, 4 nəfər suda boğulub.

Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş.

Qeyd edək ki, dünən Bakıda ümimi 6 nəfər nəzarətsiz çimərliklərdə boğularaq dünyasını dəyişib.

Oxşar xəbərlər