
“İlham Əliyev” facebook səhifəsində dövlət başçısının azarkeşlərlə çəkilən maraqlı videosu yer alıb. Belə ki, prezident futbolsevərlərin əyləşdiyi tribunaya yaxınlaşıb, onlarla foto çəkdirib. Bundan sonra London derbisini izləməyə gələn azarkeşlər “Azərbaycan” sədalarını səsləndiriblər.
Bundan əlavə, videoda Prezident İlham Əliyevin azyaşlı uşaq ilə görüşməsi əks olunub.
Xatırladaq ki, oxşar video dünən yayılmışdı və ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı.