Mehman Şükürov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Mehman Şükürov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir! Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürovdur.

Mehman Şükürov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!













25 fevral 1965-ci ildə Ağsu rayonunun Birinci Qaraqaşlı kəndində anadan olmuşdur. 1987/1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Mədəni-maarif” fakültəsində təhsil almışdır. 1990/1993-cü illərdə S.Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru; 1993/1997-ci illərdə S.Vurğun adına Mədəniyyət sarayın direktoru; 1997/2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsində çalışmışdır. Sumqayıt Dövlət Musiqili Dram Teatrında işlədiyi müddət ərzində teatrın kollektivi onun rəhbərliyi ilə Hindistan, Türkiyə, Ukrayna, Türkmənistan, Rusiya və Gürcüstanda beynəlxalq teatr festivallarında uğurla çıxış edərək müxtəlif diplomlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür. 2015-ci il iyun / noyabr aylarında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktor müavini; 2015/2017-ci illərdə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi vəzifəsifələrində çalışmışdır. 2017-ci il 5 yanvar tarixindən Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi vəzifəasinə təyin edilmişdir. Ailəlidir. 2 övladı var. 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisidir.

Tabe müəssisələrdə bir sıra tədbirlər keçirilib. Uğurlarla bərabər əsasən ödənişli xidmətlərin təşkilində problemlərin olduğu da bildirilib. Qeyd edilib ki, idarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri ödənişli xidmətlə fəaliyyət göstərməlidir. Xüsusilə musiqi məktəbləri, muzey və rəsm qalereyalarının ödənişli xidmətə keçirilməsinin vacibliyini vurğulayan idarə rəisi, klub müəssisələrində də ödənişli kursların sayının artırılmasının, insanların maraqlarına cavab verən kursların təşkilinin, eyni zamanda, folklor kollektivlərinin yaradılmasının, sənətkarlıq növlərinin araşdırılaraq haqqında məlumatların hazırlanmasının və bununla əlaqədar tədbirlərin keçirilməsinin önəmini diqqətə çatdırıb.

Mehman Şükürov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!









“Mədəniyyət müəssisələrinə gənc kadrlar cəlb olunmalıdır. Yeni düşüncəyə, yeni fikrə ehtiyac var. Yeni təkliflər verilməli, layihələr həyata keçirilməlidir”


Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mehman Şükürov bu işin müqəddəsliyini qoruyub saxlayır. Mehman Şükürov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Mehman Şükürovdən danışdılar yaxşı ki, Mehman Şükürov Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi təyin olunub… Mehman Şükürov öz isguzarlığı ilə tanınır və seçilir….

Mehman Şükürov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Mehman Şükürovu heç vaxt əqidəsindən döndərə bilməz.

Mehman Şükürov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mehman Şükürov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mehman Şükürov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Mehman Şükürovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mehman Şükürov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mehman Şükürov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Mehman Şükürov özünü doğruldub. Bizdə hörmətli Mehman Şükürovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Amma mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzdür? Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Mehman Şükürovu nüfuzdan salmağa çalışırlar.

P.S. Bəzilərinin diqqətinə çatdırır ki, Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürovun bizim müdafiəmizə ehtiyacı yoxdur.


Mehman Şükürov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Oxşar xəbərlər