
Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan RİH başçısı Ramiz Həsənovun mütəmadi olaraq təşkil edilən səyyar görüşlərindən biri də Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində məskunlaşan məcburi köçkünlərlə keçirildi. Məcburi köçkünlərlə görüşən Ramiz Həsənov ölkədə aparılan sosial iqtisadi inkişafdan danışaraq ölkəmizin günü-gündən daha da gücləndiyini vurğuladı. Aparılan düzgün daxili və xarici siyasət nəticəsində tezliklə öz doğma torpaqlarımıza qayıdacağımıza əmin olduğunu bildirdi. Daha sonra rayon rəhbəri sakinlərin problemlərini dinlədi.
Səyyar qəbul zamanı çıxış edən sakinlər məcburi köçkünlərə göstərilən xüsusi qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi problemlərin aradan qaldırılmasını xahiş etdilər. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verildi. Bəzi məsələlər yerində həll olundu.

Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır.
Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

Hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbərdir. Bu şəxs Zəngilan rayоn Icra haкimiyyətinin başçısı Ramiz Həsənоvdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, Ramiz Həsənоv qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.

Zəngilan rayоn İcra Haкimiyyətinin başçısı Ramiz Həsənоv peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ramiz Həsənоv bu işin müqəddəsliyini qoruyub saxlayır. Ramiz Həsənоv kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Ramiz Həsənоvdən danışdılar yaxşı ki, Ramiz Həsənоv Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri təyin olunub… Ramiz Həsənоv öz isguzarlığı ilə tanınır və seçilir….
Ramiz Həsənоv Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ramiz Həsənоv insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
-Ramiz Həsənоv əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.
-Ramiz Həsənоv yüksək insanlığı ilə seçilən bir insan və Zəngilan rayonu İcra Hakimiyyətinin Başçısıdır! Ramiz Həsənоv vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
-Ramiz Həsənоv- əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda Zəngilan camaatının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Ramiz Həsənоv Zəngilan rayonu İcra Hakimiyyətinin Başçılık fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.
Zəngilan rayonu İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənоv rayonda belə xarakterizə olunur
… Yeganə icra başısıdır ki, bu mərtəbəyə yüksəlmək ücün gecəli-gündüzlü çalışıb, mübarizə aparıb…
… Yeganə icra başısıdır ki, hökmü, rəhbər gücü ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “cənab ” yox daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.
Ona etibar edilən bütün postlarda Ramiz Həsənоv özünü doğruldub. Bizdə hörmətli Ramiz Həsənоvu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
