“Kontakt Home” mağazasında ən bahalı telefonu oğurlamaq istədi

“Kontakt Home” mağazasında ən bahalı telefonu oğurlamaq istədi Bakıda mağazadan oğurluq etmək istəyən şəxs tutulub.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kontakt Home” mağazasından ümumi dəyəri 2600 (iki min altı yüz) manat olan “İphone Xs Max” markalı mobil telefonu oğurlayıb qaçmaq istəyən şəxs tutulub.

Belə ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kərimov Zülfü Rauf oğlunu Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşı yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.

Oxşar xəbərlər