Sultan Əsədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Sultan Əsədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sultan Əsədov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi, elimi-obamı, Vətənimi bütün varlığımla sevən bir vətəndaş kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən həqiqətdən uzaq yazını görəndə istədim ki, ona cavab verim.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Sultan Əsədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sultan Əsədovdur.

Əsədov Sultan Misir oğlu 1957-ci ilin oktyabr ayının 9-da Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. 1972-1974-cü illərdə Bakı şəhəri kimya-biologiya təmayüllü orta məktəbi bitirmişdir.1974-cü ildə Kimya Sənaye İstehsalat birliyində torrnaçı işinə qəbul olmuşdur.1979-cu ildə Azərbaycan Neft-kimya İnistitutunun Sumqayıt filialının mexanıka fakultəsinin axşam şöbəsinə qəbul olmuşdur.1987-1989-cu illərdə Sumqayıt şəhər Dövlət Xlor Layihə Elmi Tədqiqat İnstitutunda şöbə müdiri işləmişdir. 1989-1993-cü illərdə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı istehsalat-istismar birliyinin Vətəndaşlara Xidmət idarəsində sex rəisi, mühəndis və 1993-cü ilin fevral ayından idarə rəisi vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009 və 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv seçilmiş və sədr müavini işləmişdir. Sumqayıt Bələdiyyəsinin 21 yanvar 2015-ci il tarixli iclasının qərarı ilə yenidən Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilmişdir.

15 dekabr, 2015-ci il tarixdə 19 bələdiyyə üzvündən 17 nəfərin iştirakı ilə keçirilən iclasda sədrin səlahiyyətləri müvəqqəti olaraq sədr müavini Sultan Əsədova həvalə olunub.

21 aprel, 2016-ci il tarixində keçirilən iclasda qurumun sədri məsələsi səsverməyə çıxarılıb və Sultan Əsədov Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsinə seçilib.


Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sultan Əsədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Sultan Əsədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sultan Əsədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Sultan Əsədovdan danışdılar yaxşı ki, Sultan Əsədov Sumqayıt şəhər Bələdiyyəsinin sədri təyin olunub… Sultan Əsədov öz isguzarlığı ilə tanınır və seçilir….

Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sultan Əsədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdirlər. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdırlar.

Heç bir qüvvə Sultan Əsədovu heç vaxt əqidəsindən döndərə bilməz.

Sultan Əsədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Sultan Əsədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Sultan Əsədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Sultan Əsədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Sultan Əsədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Sultan Əsədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sumqayıt şəhər Bələdiyyəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Sultan Əsədov özünü doğruldub. Bizdə hörmətli Sultan Əsədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər