
Fins.az xəbər verir ki, evin görkəmini dəyişən, gözəllik verən birinci mebellərdirsə, ondan sonra təbii ki, divara üzlənmiş divar kağızlarıdır(aboy). Ona görə də, adətən təmir zamanı əvvəlcə ev sahibi divar kağızı seçimini düzgün etməyə çalışır. Bunu nəzərə alıb divar kağızının neçəyə çəkilməsini araşdırmağa çalışdıq. Araşdırmamız zamanı məlum oldu ki, divarın qaşınması, onun qaydaya salınaraq kağızların üzlənməsinin kvadratı 3 manatdan başlayır. Amma bu son rəqəm deyil. Belə ki, kvadratı 3 manata olan ən aşağı qiymətdir. Təbii ki, burada qiymət keyfiyyətə və ustaya görə dəyişir. Belə ki, son zamanlar evlərin divarlarına kağız çəkilməsi zamanı yeni bir üsuldan istifadə olunmağa başlanıb. Bu üsul divarlara sulu aboyların vurulmasıdır. Sözügedən aboyların kvadratını ustalar ənənəvi divar kağızından baha çəkir. Sulu aboyların kvadratını 5 manata çəkən ustalar deyir ki, adıçəkilən yenilik ənənəvidən daha keyfiyyətlidir.
Ev təmirində birinci aboy gəlirsə növbəti mərhələlərdə isə kafel, metlaxdır. Kvadratı 18 manata başa gələn kafel, metlaxın keyfiyyətliliyi isə ustadan asılıdır. Bununla yanaşı evin təmiri zamanı bəzi hissələrdə rənglənmə işləri də aparılır. Rənglənmə işlərinin bir kvadratına görə, isə ev sahibi ustaya 5 manat ödəyir. Belələliklə aboy, ümumi evin bəzi hissələrində rənglənmə işlərinin aparılması və kafel, metlax işi ilə birgə 2 otaqlı mənzilin təmiri 2000 və ya 2500 manata başa gəlir. Bu rəqəm mənzil sahibinin seçimi və zövqünə görə dəyişə bilər.