Şagirdi ilə evlənən müəllim: “Məni söyənləri mən də söyürəm” – Video

Şagirdi ilə evlənən müəllim: “Məni söyənləri mən də söyürəm” – Video “El bizim, sirr bizim” verlişindən edilmiş çıxarış sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Görüntülərdə verilişin qonaqlarından biri – Mirismayıl Xələfli məktəbdə müəllim ola-ola yeddinci sinif şagirdi ilə evləndiyini bildirib.

Verilişin aparıcısı Elçin Əlibəylinin deyilənlərə reaksiyası isə kəskin olub.

O proqrama dəvət etdiyi digər qonaqlara, xüsusən təhsil eksperti Kamran Əsədova üz tutaraq, “Siz nə zaman ziyalı olduğunuzu sübut edəcəksiniz? Niyə susursunuz? Niyə həmişə mən danışmalıyam, hər kəs də məni qonaqlarımla kobud davranmaqda ittiham etməlidir? Mən indi əsəblərimi cilovlaya bilmirəm. Bu feodal düşüncəli tipi bura kim tapıb gətirib?”, – deyərək sərt mövqe nümayiş etdirib.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan Mirismayil Xələfli Baku TV-yə müsahibəsində ittihamlara cavab verib.

Həmin müsahibəni təqdim edirik:


Oxşar xəbərlər