“Yazırsız, Aygün Kazımova utanmır 200 manat verir?” – Xatirə əsəbiləşdi

“Yazırsız, Aygün Kazımova utanmır 200 manat verir?” – Xatirə əsəbiləşdi “Günlərdir sosial şəbəkədə yazılan səviyyəsiz mövzuya toxunmaq istəyirəm. Deyirsiz filankəs xəstəyə az yardım etdi. Sizcə az və ya çox yardımın fərqi var? Düzgün, etmirsiz. Hətta biz bu yardıma başlayanda deyirdik ki, hərə 1 manatdan köməklik etsə, sağala bilər”.

Bu sözləri müğənni Xatirə islam İnstaqramda canlı yayımda deyib. Sənətçi xalq artisti Aygün kazımovanın əməkdar artist Tünzalə Əliyevaya yardım üçün 200 manat göndərməsini tənqid edənlərə cavabv erib.

Kazımovanı müdafiə edən Xatirə bəzi məqamları açıqlayıb:

“200 manat verən insana yazırsız ki, utanmır. Siz özünüz 200 manat kömək edirsiz? Yazırsız, Aygün Kazımova utanmır 200 manat verir? Niyə utanmalıdır. Sevinin ki, 200 manat verib. Şəxsən mən özüm ona zəng etməmişdim. Çünki özü Moskvada toyda idi. Köməkçisi Almaz xanımla danışdım. O da öz maaşını Aygünün adından göndərdi. Hörmət xatirinə bunu etdi. Sizcə, bunlardan sonra bir də Aygün kiməsə kömək edər? Köməyin azı və ya çoxu olmur. Aygün niyə çox verməlidir ki? İşçisi sağ olsun ki, onun adının qarşısı boş qalmasınd eyə pul göndərdi. Belə olanda insan heç kimə görə əziyyət çəkmək istəmir. Bütün kömək istəklərini rədd etməyə çalışırsan. İnsanları küsdürməyin”.

Əsəbiləşən Xatirə izləyicilərini tənqid edib və onları müğənnilərə hörmət etməyə səsləyib:

“Belə olur ki, müğənnilər heç kimi yaxına buraxmır, heç kimin sözünü eşitmir. Sonra da deyirlər filan müğənni heç kimə heç nə etmədi. Sizə nə lazımdır? Bu qədər ucuz yazıları necə yaza bilərsiniz? Məni o qədər müğənnilərlə üz-üzə qoyursunuz. Müğənnilər pis günlərdə balalarının boğazından kəsib xəstəyə kömək edirlər”.

Qeyd edək ki, Xatirə xərçəngdən əziyyət çəkən T.Əliyeva üçün müğənnilərdən yardım toplayıb. Onun pul aldığı ifaçıların adları və ödədikləri məbləğ efirdə açıqlanıb. Adların efirdə səsləndirilməsi isə sosial şəbəkədə tənqid edilib.

Oxşar xəbərlər