Bakı-Quba-Rusiya yolunun bu hissəsinin tikintisinə 1,8 milyon manat ayrıldı

Bakı-Quba-Rusiya yolunun bu hissəsinin tikintisinə 1,8 milyon manat ayrıldı Prezident İlham Əliyev sentyabrın 17-də “Abşeron rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)-Masazır-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Yetmiş beş min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)-Masazır-Novxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Oxşar xəbərlər