Mikayıl Müşfiqə daha bir hörmətsizlik — XIZIDA - FOTO

Mikayıl Müşfiqə daha bir hörmətsizlik — XIZIDA - FOTO Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqin Xızıda-Mikayıl Müşfiqin xatirə muzeyinin həyətindəki lövhədə əks olunmuş fotoları baxımsız vəziyyətdədir.
Bu barədə sosial şəbəkə fəalı Emin Tarverdiyev öz hesabında foto paylaşıb:

"Pafosu sevirik, həm də çox, belə lap, lap, lap çox... Cümhuriyyətimizə sevgimiz bu şəkildən bəllidir. Şəkli Mikayıl Müşfiqin xatirə muzeyinin həyətində bu gün çəkmişəm. Müdiriyyətə "şəklin ölçüsünü deyin, biz hazırladıb yollayaq" dedik. Utana-utana "tezliklə dəyişdiriləcək, əziyyət çəkməyin" dedi".
Qeyd edək ki, bir müddət öncə M.Müşfiqin Bakı şəhərində qoyulmuş abidəsinin tikinti aparmaq adıyla dağıdılması da sosial şəbəkələrdə geniş rezonansa səbəb olmuşdu. Həmin vaxt şairin büstünün çıxarılmasına görə üç nəfər cəzalandırılmışdı.

Mikayıl Müşfiqə daha bir hörmətsizlik — XIZIDA - FOTO

Oxşar xəbərlər