Və ya Salyan rayonu haqqında yazılanlara obyektiv prizmadan baxış
Son günlər Salyan rayonu və onun icra başçısı Sevindik Hətəmov haqqında bəzi mətbuat orqanlarında çeşidli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə Salyan rayonunda olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.
Qeyd edək ki, faktiki olaraq Salyan rayonunda vəziyyət heç də yazılanlar kimi deyil. Əksinə, rayonda durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da gərək yoxdur. Cəmi 120 km məsafə qət edib, Salyana təşrif gətirmək kifayətdir.
Yox, əgər onlar özlərinə əziyyət verib, rayona gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.
Bu gün dünyada hökm sürən qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifahını yaxşılaşdırmasını çətinləşdirir. Azərbaycanda isə vəziyyət göz önündədir: müharibə şəraitində olan respublikamızda insan amilinə mühüm önəm verilir, həyat şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq proqramlar uğurla icra edilir.
Aydın məsələdir ki, hər bir mətbuat orqanının özünün dəsti-xətti, marağı və istəyi var. Amma bütün bunları da bir araya gətirmək üçün belə deyil, ədalətli olmaq lazımdır. Çünki yazılan yazılardakı qərəz göz çıxardığı qədər, maraq da ədalətsizliyin fövqündə dayanmış şəkildə görsənir.
Bu bir həqiqətdir ki, Salyanda baş vermiş məlum olaylardan sonra vəziyyət çox dəyişib. İnsanların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Sevindik Hətəmov bir-bir yerinə yetirməkdədir. Bunun üçün rayon sakinləriylə söhbətləşmək də kifayətdir ki, icra başçısına, görülən işlərə hansı qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.
Son günlərdə Salyan rayonunda keçirilmiş silsilə tədbirləri təqdim edirik:
Salyan rayonunun Çadırlı kəndinə mavi yanacaq verilmişdir
Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1700 nəfərə yaxın əhalisi olan Çadırlı kəndi də əlavə olunmuşdur. 477 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 64 min 193 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, 15 İyun Milli Qurtuluş günü və kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər. Sonda tədbir iştirakçıları evlərdə olmuş, mavi yanacağın verilməsinə baxış keçirmişlər.
Salyan rayonunda 11 saylı şəhər uşaq bağçasının əsaslı təmirdən sonra açılışı ilə əlaqədar tədbir keçirilmişdir
Salyan rayonunda 11 saylı şəhər uşaq bağçasının əsaslı təmirdən sonra açılışı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək tədbir iştirakçılarını və rayon ictimaiyyətini Milli Qurtuluş günü münasibətilə təbrik etmiş, 11 saylı şəhər uşaq bağçasının əsaslı təmirdən sonrakı fəaliyyətində uğurlar arzulamışdır. Tədbirdə bağçanın adını daşıyan şəhid Natiq İbrahimovun anası Nazilə İbrahimovaçıxış etmiş, bağçanın əsaslı təmir edilməsinə görə ölkə Prezidentinə öz minnətdarlığını bildirmişdir.
Sonra rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov bağçanın şəraiti ilə tanış olmuşdur.
Salyan rayonunda “15 İyun - Milli Qurtuluş günü” münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmişdir
13 İyun 2016-cı il tarixində rayonda“15 İyun - Milli Qurtuluş günü” münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül-çiçək dəstələri qoyulmuşdur
«Su təsərrüfatı və Meliorasiya işçiləri günü» münasibətilə tədbir keçirilmişdir
Salyan rayonu Heydər Əliyev Mərkəzində 5 iyun – Azərbaycan Respubilikasında «Su təsərrüfatı və Meliorasiya işçiləri günü» münasibətilə Salyan Suvarma Sistemləri, Aşağı-Muğan Meliorativ Sistemlərinin İstismarı, Baş Mil-Muğan Kollektoru İstismarı və Melioservis İdarələrinin işçilərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı S.Hətəmov iştirak və çıxış etmiş, bir sıra qabaqcıl melioratorlara fəxri fərman və qiymətli hədiyyələr təqdim etmişdir.
Həmsöhbət olduğumuz hər bir Salyan sakinindən eşitdiyimiz bu obyektiv fikirləri oxucuların diqqətinə çatdırmağı borc bildik. Həm də onların müxtəlif informasiya vasitələrində gedən həqiqətdən uzaq qarayaxma yazılarla əlaəqdar iradlarını qəbul etdik. Onlar yekdiliklə bildirdilər ki, üsyana çağırış dövlət əleyhinə yönələn bir hərəkətdir, düşmənçilik toxumu səpməkdir, həqiqəti danmaqdır. Salyanda bütün qüvvələr yalnız inkişafa, həyat səviyyəsinin daha da yaxşılaşmasına, əmək ehtiyatlarını yeni-yeni istehsal sahələri açmaqla işə salmağa yönəlib. Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi bunları görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Salyanı, onun sakinlərini əvəz edə bilməz. Getdik, gördük və yazdıq. Və dahi Sabirin sözləri ilə yazıya son nöqtəni qoyuruq:
Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmərəm.