Azərbaycan ordusunun 3 tankının vurulması xəbərinə – MÜNASİBƏT

Azərbaycan ordusunun 3 tankının vurulması xəbərinə – MÜNASİBƏT Əsgərlərimiz azad etdikləri mövqelərdən geri çəkilmirlər

Hal-hazırda olan vaxtda cəbhədə Azərbaycan ordusunun 3 tankının vurulması barədə məndə məlumat yoxdur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

“Hal-hazırda olan vaxtda belə bir məlumat yoxdur”, - deyə polkovnik Dərgahlı bildirib.

Qeyd edək ki, cəbhədə üç Azərbaycan tankının vurulması barədə məlumatı düşmən mətbuatı yayıb.

Polkovnik Dərgahlı, həmçinin Azərbaycan ordusunun aprelin 2-də azad etdikləri mövqelərdə dayandığını bildirib.

“Ermənilər həmin mövqeləri geri almağa cəhd göstərsələr də, Silahlı Qüvvələrimiz hazırda azad etdikləri mövqelərdə dayanıblar”, - deyə polkovnik qeyd edib.

Oxşar xəbərlər