
Bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqinbek Abdumutalip məlumat verib.
Məktəbin açılışında Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak edəcək.
Məktəb Ağdamın Xıdırlı kəndində inşa edilib. Ötən il aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə məktəbin təməlqoyma mərasimi keçirilib.
Qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Azərbaycana iki günlük səfərə yola düşüb.