Milli Məclis Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya edib

Milli Məclis Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya edib Milli Məclis Azərbaycanın “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Nizamnaməsi”nə qoşulmasını təsdiqləyib.

Bununla bağlı parlamentin bugünkü plenar iclasında “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulur.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Oxşar xəbərlər