Qadın bıçaqlandı - Əri saxlanıldı

Qadın bıçaqlandı - Əri saxlanıldı Gəncədə bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini 1992-ci il təvəllüdlü A.Rəhimovaya kəsici-deşici alətlə bədən xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tural Rəhimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər