Tramp rupini çökdürdü

Tramp rupini çökdürdü Hindistan rupisi oktyabrın 22-də tarixi minimuma düşüb.

Valyuta hərraclarında məzənnə bir ABŞ dolları üçün 84,0775 rupiyə çatıb.

Agentliyin məlumatına görə, azalma bir sıra Asiya ölkələrinin valyutalarının ucuzlaşması, eləcə də ölkədən xeyli güclənən xarici kapital axını ilə bağlı olub.

Belə ki, oktyabr ayı ərzində xarici investorlar fond bazarından 5,7 milyard dollar çıxarıblar, istiqrazlar üzrə isə xaricə axın 125 milyon dollar təşkil edib.

Ekspertlər qeyd ediblər ki, rupinin məzənnəsinə Donald Trampın ikinci prezidentlik müddətinə seçilməsi şanslarının artması kimi amillər də təsir edib.(musavat.com)

Oxşar xəbərlər