Rəsmi İrəvan Donald Trampın Ağ Evə dönüşünə qədər Azərbaycanla “yarımçıq sülh sazişi” imzalamaqla, Ermənistanı sığortalamağa cəhd göstərir və bu baxından, “hərbi-siyasi seytnota” düşdüyü qətiyyən şübhə doğurmur... Erməni diasporunun yaxınlaşan təhlükədən yayınmaq cəhdləri isə daha çox problemi “kökündən” həll etmək planlarına indeksləşib, Donald Trampı seçki prosesindən fiziki cəhətdən “kənarlaşdırmaq” sifarişinin verildiyi bildirilir...
Bütün dünyanın diqqəti ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinə yönəlib. Çünki bütün dünyanın, eləcə də, ABŞ-ın gələcək taleyinə xüsusi təsir göstərəcəyi qətiyyən şübhə doğurmayan bu seçkilərdə artıq həlledici mərhələ başlayıb. Belə ki, ABŞ-da növbəti prezidentin kimliyini müəyyən edəcək səsvermə gününə artıq qısa bir zaman qalıb. Və hazırda baş verənlərin də birbaşa seçkilərin yekun nəticələrinə təsir edə biləcəyi qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, Ağ Evin keçmiş sahibi Donald Tramp seçki kampaniyasının ilk mərhələsində böyük üstünlüyə sahib idi. Donald Tramp indiki prezident Co Baydenin namizədliyi qüvvədə olarkən, öz siyasi rəqibi üzərində böyük üstünlük qurmağa nail olmuşdu. Hakimiyyətdə olan Demokratlar Partiyası prezident seçkilərində məğlubiyyət ehtimalını real hesab edərək, Co Baydenin namizədlikdən geri çəkilməısini təmin etdi. Və onun əvəzinə vitse-prezident Kamala Harrisin namizədliyi irəli sürülərək, təsdiqləndi.
kam-bay-images.jpg (8 KB)
Ardınca seçki kampaniyası müəyyən mənada, Demokratlar Partiyasının xeyrinə çevrilməyə başladı. Belə ki, Kamala Harris ictimai rəy sorğularında Donald Trampın önünə keçməyə nail oldu. Ancaq bu da çox uzun sürmədi. Çünki Ağ Evin keçmiş sahibinə qarşı ABŞ cəmiyyətinin gözləri önündə ardıcıl sui-qəsdlərin törədilməsi onun reytinqini yüksəltdi, Kamala Harrisin ictimai dəstəyi isə zəifləməyə başladı. Və hazırda Donald Tramp seçki gününə sayılı günlər qalmış öz siyasi rəqibini qabaqlayır.
Digər tərəfdən, son vaxtlar Demokratlar Partiyasının daxilində ortaya çıxmağa başlayan müəyyən ziddiyyətlərdə Kamala Harrisin ictimai mövqelərinə sarsıdıcı zərbələr vurmaqdadır. Belə ki, prezident Co Bayden və vitse-prezident Kamala Harrisin paralel fəaliyyət göstərən seçki qərargahlarının birləşdirilməsinə qərar verilib.
Nəticədə vaxtilə prezident Co Baydeninin seçki təbliğatı ilə məşğul olan qurumun təmsilçiləri daxilində narazılıq yaranıb. Bu seçki qərargahının əksər üzvləri qurumun ləğv edilərək, əməkdaşlarının Kamala Harrisin təbliğat kampaniyasına qatılmasına yönəlik qərara etiraz edirlər. Və onlar prezident Co Baydenin namizədlikdən imtinaya məcbur edilməsini yolverilməz siyasi səhv kimi dəyərləndirilər.
Belə anlaşılır ki, Bayden administrasiyasının seçki qurumlarında kəskin ziddiyyətlər mövcuddur. Hər halda, baş verənlər onu göstərir ki, hakim siyasi komandada Kamala Harrisin prezidentliyə namizəd olmasından məyusluq keçirənlər kifayət qədərdir. Və bu, istər-istəməz ABŞ cəmiyyətində Ağ Evin keçmiş sahibinin dəstəyini artıran faktora çevrilməyə başlayıb.
tr-hrr.JPG (58 KB)
Onu da qeyd etmək lazımdır ki, Donald Tramp ABŞ cəmiyyətini qorxuda biləcək açıqlamalarla diqqəti çəkir. Belə ki, o, Kamala Harrisin prezident seçiləcəyi təqdirdə, üçüncü dünya savaşının qaçılmaz olacağını və ABŞ-ın süquta uğrayacağını açıq mətnlə bəyan edir. Donald Tramp iddia edir ki, yalnız özü üçüncü dünya təhlükəsinin qarşısını ala və ABŞ-ı keçmiş SSRİ-nin taleyini yaşamaqdan xilas edə bilər. Və bütün bunlar istənilən halda, ABŞ seçicilərinə təsir göstərir.
Maraqlıdır ki, beynəlxaıq məkanda keçmiş prezident Donald Trampın yenidən Ağ Evə sahiblənmə ehtimalından narahat olanlar da kifayət qədərdir. Belə ki, Avropa Birliyi və NATO daxilində Donald Trampın Ağ Evə dönüşünü kollektiv Qərb üçün böyük təhlükə hesab edirlər. Hətta belə ehtimallar var ki, əgər, Donald Tramp prezident seçilərsə, onda ümumiyyətlə, Avropa Birliyi və NATO-nun mövcudluğu ciddi təhlükə qarşısında qala bilər. Və bu səbəbdən də Qərbdə Donald Trampın prezidentlik ehtimalına artıq indidən intensiv şəkildə hazırlaşmağa başlayıblar.
Nə qədər qəribə də olsa, Donald Trampın prezident seçilmə ehtimalından ən çox narahat olan və qorxuya düşənlərin sırasında Ermənistan və erməni diasporu da yer almaqdadır. Belə ki, hazırda Bayden administrasiyası bir tərəfdən Ermənistana genişmiqyaslı dəstək verməsi ilə diqqəti çəkir. Digər tərəfdən isə, erməni diasporunun Azərbaycana qarşı yalan və böhtan xarakterli narrativləri Bayden administarsiyasinın siyasi mövqeyi kimi təqdim edilir. Və təbii ki, bütün bunlara görə həm Ermənistan, həm də erməni diasporu Bayden administrasiyasının mövqeyindən tamamilə məmnundur.
Ancaq erməni siyasi dairələrində hesab edirlər ki, əgər, Donald Tramp prezident seçilərsə, bu situasiya tam əksinə dəyişə bilər. Hər halda, Tramp adminitrasiyasının Ermənistana və erməni diasporuna indiki ABŞ hakimiyyəti kimi əhəmiyyət verməyə ehtiyac duymayacağı qətiyyən şübhə doğurmur. Xüsusilə də, erməni siyasi dairələri Donald Trampın prezident olduğu dönəmdə tutduğu mövqenin eynilə təkrarlana biləcəyindən ciddi şəkildə narahatdırlar.
870x489_0x84_detail_crop_20240917004459_7a3fc6aa_f4a6f25251311cdfa5c421d19712fd894945b27da910c15ea955e1de46fb6bb4.jpg (119 KB)
Məsələ ondadır ki, ikinci Qarabağ savaşı dövründə ABŞ-da hakimiyyətdə olan Tramp administrasiyası Cənubi Qafqazda baş verən hadisələrə ümumiyyətlə əhəmiyyət verməmişdi. Eyni zamanda, Tramp administrasiyası dönəmində erməni diasporunun fəaliyyəti də Ağ Ev tərəfindən ciddiyə alınmırdı. Ona görə də, indi erməni siyasi dairələri Bayden administrasiyası dövründə ABŞ-ın ən yüksək həddə çatmış dəstəyinin Donald Trampın Ağ Evə dönəcəyi təqdirdə, yoxa çıxa biləcəyindən qorxurlar. Və Donald Trampın “erməni faktoru”na soyuq münasibəti belə ehtimalları daha da gücləndirir.
Belə situasiyada rəsmi İrəvan ən yaxın vaxtlarda Azərbaycanla “yarımçıq sülh sazişi” imzalamaqla, Ermənistanı sığortalamağa cəhd göstərir. Halbuki, Ağ Evin də bu cəhdləri dəstəkləməsinə baxmayaraq, Azərbaycan Ermənistana belə şans tanımaq niyyətində deyil. Və bu baxımdan, Ermənistanın “hərbi-siyasi seytnota” düşdüyü qətiyyən şübhə doğurmur.
Erməni diasporunun yaxınlaşan təhlükədən yayınmaq cəhdləri isə daha çox problemi “kökündən” həll etmək planlarına indeksləşib. Belə ki, son iki ayda üç dəfə sui-qəsdə uğrayan Donald Tramp birbaşa erməni diasporunun terror hədəfindədir. Keçmiş Ağ Ev sahibinə qarşı son uğursuz sui-qəsd cəhdini məhz erməni mənşəli terrorçu tərəfindən törədildiyi artıq təsdiqlənmiş faktdır. Erməni diasporunu təmsil edən bu terrorçuya Donald Trampı seçki prosesindən fiziki cəhətdən “kənarlaşdırmaq” sifarişi verildiyi bildirilir. Və bu cinayətin izlərinin həm ABŞ, həm də Fransada fəaliyyət göstərən erməni diasporlarına bağlı olduğu da iddia edilir.(musavat.com)