“İranda milli azadlıq hərəkatları çox ciddi şəkildə cərəyan edir. Bu prosesin aparıcı gücü Güney Azərbaycanda yaşayan Azərbaycan türkləridir. Azərbaycan türklərinin tarixi keçmişindən, dövlətçilik ənənəsindən, onun o zəngin dilindən, mədəniyyətindən qaynaqlanan bir sıra dəyərlər var ki, o dəyərləri bu gün Azərbaycan milli azadlıq hərəkatının siyasi müstəvidə tələblərinin təsirini bir neçə qat artırır. Digər qeyri-fars millətləri bunun fərqində olduqlarına görə, Azərbaycan türklərinin apardıqları milli-siyasi mübarizənin nə qədər əsaslı getməsinə inanırlar və onu dəstəkləyirlər. Və bu əsasda gözləntiləri var ki, onların da milli hüquqları rəsmiyyətlə tanınmayacaq”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada bir neçə məsələni nəzərə almaq lazımdır.
Məsud Pezeşkiyanın İranda prezident kimi seçilməsində bir tərəfdən hakimiyyətin maraqları var idi. Onların daxili çəkişmələrindən qaynaqlanan prosesdən irəli gəlirdi. Digər tərəfdən Məsud Pezeşkiyanın namizədliyinin təsdiq olunması və əslən azərbaycanlı olması ona imtiyaz yarada bildi ki, azərbaycanlılar hüquqlarını gündəmə gətirməklə ona dəstək verdilər. Və onun o prezident seçilməsi qaçılmaz bir proses oldu.
Məsud Pezeşkiyana imkan vermirlər. Hətta bəziləri çalışırlar ki, Azərbaycan türkcəsində - ədəbi dildə bir kitab yazsınlar. Bu da qəbul edilmir. Deyirlər ki, burada yazılan ədəbiyyat gündəlik, məişətdə işlənilən dil kimi səslənmir. Yəni dolayısıyla fars lüğətlərindən, fars kəlmələrindən, fars sözlərindən daha çox istifadə olunması tələb olunur. Gördüyünüz kimi nə qədər yasaq və basqılar var. Bu səbəbdən də, bu yasaqların və basqıların aradan qaldırılması üçün dil haqqında qanunlar da qəbul olunmalıdır”-deyən Sadiq İsabəyli bildirib ki, bütün bu prosesin aparılması müddətində orada yaşayan qeyri-fars millətlərinin tarixi kimlikləri, onların mədəniyyətləri, adət-ənənələri, kültürləri və bütün bu təməl kimliklərini yaradan amillər rəsmiyyətlə tanınmalıdır.
Sadiq İsabəyli hesab edir ki, onlara o mədəniyyətin qorunub saxlanılması üçün şərait yaradılmalıdır.