Qərb siyasi dairələrində hesab edirlər ki, Ukrayna ordusu Rusiya ərazisində hərbi əməliyyatları daha da genişləndirməyə üstünlük verməlidir... Onların fikrincə, Rusiyanın Ukrayna ordusunun hərbi əməliyyatlarına müqavimət potensialı təxmin edildiyindən daha məhduddur...
Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiya artıq maksimum gərginlik həddinə çatıb. Hazırda bu müharibə onun başlanğıcında olan coğrafiyadan kənara çıxmağa başlayıb. Üstəlik, bu proses təxmin edildiyindən daha sürətlə inkişaf edir. Hətta bəzi məqamlarda hərbi-siyasi proseslərin inkişaf istiqamətləri müəyyən mənada, gözlənilməz xarakter də daşıyır. Və bu baxımdan, Ukrayna savaşının bundan sonrakı nəticələrini müəyyən etmək hazırda kifayət qədər çətindir.
Ancaq hələlik tam dəqiqliyi ilə məlum olan inkaredilməz reallıq ondan ibarətdir ki, Ukrayna savaşı artıq daha geniş areala yayılmağa başlayıb. Üstəlik, belə anlaşılır ki, bu, yalnız başlanğıc mərhələdir. Çünki bundan sonra baş verə biləcək hadisələrin inkişaf istiqamətləri daha çox Rusiyanın verəcəyi reaksiyadan asılı ola bilər. Halbuki, Kreml Rusiya ərazisində baş verən hərbi toqquşmalara reaksiya potensialı da hazırda bir qədər qeyri-müəyyən xarakter daşıyır. Və əsas cavabsız suallar da indi məhz bu önəmli məqamdan qaynaqlanır.
Onu da qeyd etmək lazımdır ki, Kreml üçün Ukrayna ordusunun Rusiyanın dövlət sərhədlərini keçməsi sözün əsl mənasında, gözlənilməz olub. Çünki Kremldə Ukrayna ordusunun belə genişmiqyaslı hərbi əməliyyatlara yetəcək potensiala sahib olduğuna şübhə edirdilər. Hətta baş verənlərə ilkin siyasi reaksiyalar Rusiyanın hakim dairələrində savaşın belə radikal inkişaf istiqamətlərini istisna edirdilər. Və rəsmi Kiyevin belə riskli taktika seçməyə cəsarət edə biləcəyinə də ehtimal vermirdilər.
Görünür, məhz gözlənilməzlik faktoru Rusiya üçün indi əsas problemə çevrilib. Hər halda, Kremldə müzakirə mövzuları sırasında Ukrayna savaşının Rusiya ərazilərinə keçmə variantı ümumiyyətlə, mövcud olmayıb. Ona görə də, Rusiyanın hərbi-siyasi dairələri indiki qəliz situasiyaya hazırlıqsız yaxalanıb.
Ən əsası isə Rusiya hərbi kəşfiyyatı da bu situasiyada uğursuzluğun xüsusi ortağına çevrilib. Hər halda, rus hərbi kəşfiyyatı Ukrayna ordusunun Kursk və Belqorod vilayətləri istiqamətində Rusiyanın sərhədlərinə canlı qüvvə toplanmasını müşahidə etməyi bacarmayıb. Və nəticədə Rusiya ordusu hazırlıqsız yaxalandığı sərhəd toqquşmalarında geri çəkilmək məcburiyyətində qalıb.
Maraqlıdır ki, bu məsələdə daha bir önəmli məqam mövcuddur. Belə ki, Rusiya hərbi kəşfiyyatından fərqli olaraq, Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna ordusunun ölkə ərazisinə hücum edəcəyindən əvvəlcədən məlumatlı olub. Üstəlik, FTX həmin məlumatları Rusiya Müdafiə Nazirliyinə və Baş Qərargaha Ukrayna ordusunun hücumundan təxminən iki həftə əvvəl ötürüb.
Ancaq nədənsə, Rusiyanın hərbi rəhbərliyi FTX-nin həmin məlumatlarına demək olar ki, elə bir ciddi əhəmiyyət verilməyib. Hətta hətta bu barədə Rusiya prezidenti Vladimir Putinin məlumatlandırılmasına belə, ehtiyac duyulmayıb. Və indiki situasiyada məhz bu hərbi laqeydliyin real nəticələridir.
Təbii ki, bütün bunlar onu göstərir ki, Rusiya Müdafiə Nazirliyində kifayət qədər ciddi problemlər mövcuddur. Yəqin ki, Kremldə bu barədə radikal qərarların qəbul edilməsinə hazırlıq artıq başlanmış olmalıdır. Hər halda, Ukrayna savaşının Rusiya ərazisinə sıçramasına görə kimlərsə mütləq məsuliyyət daşımalı olacaqlar.
Xüsusilə də FTX-nin xəbərdarlıqlarına əhəmiyyət verilməməsi, buna paralel olaraq da prezident Vladimir Putinin Ukrayna ordusunun Rusiya ərazisinə hücum əməliyyatlarına hazırlığı barədə məlumatlandırılmaması üzərindən sükutla keçiləcək hadisə deyil. Və bunun hətta Rusiyaya qarşı daxili hərbi sabotaj kimi dəyərləndirilə biləcəyi də qətiyyən istisna deyil.
Belə anlaşılır ki, Kremlin qarşısında kifayət qədər ağır bir mərhələ dayanır. Yəni, prezident Vladimir Putin indi bir tərəfdən Ukrayna ordusunun Rusiyanın Kursk və Belqorod vilayətlərindən ən qısa zamanda çıxarılmasını təmin etmək barədə düşünməlidir. Digər tərəfdən isə Rusiyanın hərbi strukturlarında olan məsuliyyətsiz, bacarıqsız və hətta bəzi hallarda birbaşa sabotaj törətməyə çalışan generallardan təmizləmək məcburiyyətində qalıb. Və indiyə qədər onlarla rus generalının hərbi sektordan uzaqlaşdırılmasına, hətta onlardan bəziləri həbs olunmasına baxmayaraq, bu sahədə elə bir ciddi irəliləyişlər müşahidə edilmir.
Onu da qeyd etmək lazımdır ki, Kreml Rusiya ərazisinə girmiş Ukrayna ordusunun ölkə sərhədlərindən kənara çıxarılması məsələsində mümkün qədər tələsmək məcburiyyətindədir. Çünki Ukrayna ordusunun Kursk və Belqorod vilayətlərində irəliləməsi və ya bəzi yaşayış məntəqələrini nəzarət altında saxlaması Rusiyanın beynəlxalq imicinə sarsıdıcı zərbələr vurmağa başlayıb. Bu səbəbdən də, Kreml mümkün qədər tez bir zamanda savaşı Rusiya ərazisində sona çatdırmağa çalışır. Və bu, indi Rusiya üçün ilk hədəf sayılır.
Məsələ ondadır ki, Ukrayna ordusunun Rusiya ərazisinə girməsindən sonra Qərb siyasi dairələrində Kremlin cavab reaksiyası daha ciddi şəkildə müzakirə edilməyə başlayıb. Xüsusilə də, Rusiyanın bütün istiqamətlər üzrə hərbi potensialı hazırda ciddi şəkildə təhlil olunur. Qərb siyasi dairələrində bəziləri hesab edir ki, Ukrayna ordusu Rusiya ərazisində hərbi əməliyyatları daha da genişləndirə bilər. Rusiyanın bu hərbi əməliyyatlara müqavimət potensialı təxmin edildiyindən daha məhduddur. Və bu haldasa, alternativ olaraq, Rusiyanın nüvə potensialının ön plana keçmə ehtimalı gündəmə gətirilir.
Maraqlıdır ki, Qərb siyasi dairələrində son vaxtlar Kremlin Ukraynaya və NATO ölkələrinə qarşı nüvə silahından istifadə etməyə cəsarət göstərəcəyinə şübhə ilə yanaşırlar. Onların fikrincə, prezident Vladimir Putin Ukrayna savaşı ətrafında yaranmış situasiyanı Rusiyanın xeyrinə dəyişmək məqsədilə hətta taktiki nüvə silahından belə, istifadə etməz. Çünki Kremldə NATO ölkələrinin buna qarşı cavab zərbəsinin Rusiya üçün hansı dağıdıcı nəticələr verə biləcəyini də nəzərə almaq məcburiyyətindədir. Və bu baxımdan, Qərb siyasi dairələri Ukrayna ordusunun Rusiya ərazisində hərbi əməliyyatları davam etdirməsinə daha çox üstünlük verirlər.(Yeni Müsavat)