ABŞ hesab edir ki, Çin dünya düzənini dəyişmək imkanına malik yeganə ölkədir.
Sfera.az xəbər verir ki, bu barədə TASS ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbellə istinadən yazıb.
“Co Bayden administrasiyası əmindir ki, Çin dünya nizamını dəyişmək niyyətində olan və bunu etmək üçün böyük iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malik yeganə ölkədir”.
Kempbell daha əvvəl demişdi ki, ABŞ Çini dünya səhnəsində əsas oyunçu kimi tanımalı və konstruktiv dialoq aparmalıdır.
Xatırladaq ki, iyunun əvvəlində Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) analitikləri Çinin atəş açmadan Tayvanı necə ələ keçirə biləcəyini proqnozlaşdırdılar.
Bundan əvvəl Çin Tayvana raket və dron satışı ilə bağlı Amerikanın “Lockheed Martin” şirkətinə qarşı sanksiyalar tətbiq etmişdi.