Azərbaycanda zəncirvari avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Azərbaycanda zəncirvari avtomobil qəzası olub, ölən və xəsarət alanlar var Tovuz rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhər bazarının yaxınlığında baş verib.

Belə ki, 1956-cı il təvəllüdlü N.Cəfərovun idarə etdiyi avtomobil bir neçə avtomobilə çırpılıb. Zəncirvari qəza nəticəsində N.Cəfərov ölüb, 1970-ci il təvəllüdlü K.Şirinova və 1956-cı il təvəllüdlü Q.Şirinov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər