Ermənistanda delimitasiya ilə bağlı komissiya yanında Tavuş sakinlərindən ibarət İşçi qrup yaradılıb. İşçi qrupun tərkibinə Voskepar, Kirants, Bağanis və Berkaber kəndlərinin inzibati rəhbərləri və sakinləri də daxil edilib. İşçi qrupuna Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan rəhbərlik edəcək. Bununla yanaşı, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesindən əvvəl sərhədin Ermənistan ərazisindən keçən hissəsində - Tavuş vilayətində minatəmizləmə işlərinə başlanılıb. Əraziyə 25 nəfərədək minaaxtaran cəlb olunub. Azərbaycanla sərhədin delimitasiyası çərçivəsində ərazilərin minalardan təmizlənməsinə başlanılan əraziyə polis əməkdaşları da cəlb olunub. Çünki Voskepar kəndinin sakinləri ərazilərin minalardan təmizlənməsinin qarşısını almağa çalışıblar. Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib. Ermənistan baş nazirinin müavini Mher Qriqoryan da Tavuş vilayətinin bir sıra yaşayış məntəqələrinin inzibati rəhbərləri ilə görüşüb. Görüşdə yaşayış məntəqələrinin inzibati rəhbərlərinin şikayətləri dinlənilib.
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Hasmik Akopyan deyib ki, delimitasiya və demarkasiya olunmuş dövlət sərhədi olmasa, faktiki müharibə təhlükəsi altında yaşayacaqlar. Onun sözlərinə görə, Bakı və İrəvanın sərhəd komissiyalarının son iclasında tənzimlənmə prosesi üçün mühüm addımlar atılıb: “2022-ci ildə bizim üçün çox mühüm nailiyyət oldu. Oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan yazılı şəkildə razılaşdı ki, 1991-ci ildə Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyırlar. Bu bəyannamə delimitasiya prosesinin siyasi əsası olacaq. Media manipulyasiyasının qurbanı olan vətəndaşlarımızı arxayın edirlər ki, “Tavuşun kəndləri”ni təhvil verirlər. Düzdür, biz bu yalan tezisi bütün mümkün vasitələrlə və hallarda inkar edirik, amma bir daha demək istəyirəm ki, Ermənistanın suveren ərazisinin bir kvadratı belə təhvil verilməyəcək. Bəyannamə əsasında Ermənistan və Azərbaycan ilk dəfə olaraq delimitasiya olunmuş dövlət sərhədinə sahib olacaq. Delimitasiya olunmuş dövlət sərhədinin olmadığı indiki vəziyyətdə faktiki olaraq müharibə təhlükəsi altındayıq”. Akopyan Azərbaycana təhvil veriləcək dörd kəndin Ermənistana məxsus olmadığını bildirib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması və sərhədlərin müyyənləşdirilməsi prosesinə başlanılması bölgədə sülh quruculuğu prosesinə təkan verəcək. Ekspert bildirib ki, Bakı və İrəvan mühüm razılaşma əldə ediblər:
"Bu, Rusiya hərbi kontingentinin Qarabağı tərk etməyə başlamasının ardından növbəti uğurlu razılaşmadır. Cənubi Qafqazda yeni mərhələ başlayır. 4 kəndin qaytarılması iki ölkə arasında çərçivə sazişinin imzalanmasını sürətləndirəcək. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və İsrail-İran qarşıdurması fonunda Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilən razılaşmalar hamının xeyrinədir. Növbəti mərhələdə Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşməsi gələcək. Bunu da uzatmağın Ermənistan üçün faydası yoxdur. Ermənistan Baş naziri Nikol Paşinyanın dediyi kimi, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, son mərhələni də keçməli – Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir və bu, belə də olacaq".