Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Bir neçə gündür Ermənistanda Ukrayna Prezidenti Vladimir Zelenskinin bu ölkəyə mümkün səfəri ilə bağlı qızğın müzakirələr gedir. Təlaşa düşən ermənilər buna görə Rusiyanın onları cəzalandıracağını deyirlər. Sizcə, Zelenskinin Ermənistana səfəri necə bitəcək?
- Müəmmalı səfərdir. Bu səfərin Ukrayna və ya Ermənistan üçün hansı əhəmiyyətinin olacağını söyləmək mümkün deyil. Məsələn, Zelenski Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına hansı töhfəni verə bilər? Bu da məsələnin bir tərəfidir, amma indiyədək bununla bağlı bir fikir formalaşmayıb. Üstəgəl, o məsələ müzakirə mövzusudur ki, Zelenski İrəvanda Ermənistan rəhbərliyinin Rusiyadan uzaqlaşması üçün təlqinlər edə bilər. Məsələn, deyə bilər ki, fürsətdir, nə qədər gec deyil, Rusiyanın başını çəkdiyi qurumlardan uzaqlaşın, Avropaya yaxınlaş. Hətta Zelenski öz nüfuzundan istifadə edərək, bu yöndə Ermənistana öz köməyini təklif edə bilər.
Bizim insanlarımızda o nigaranlıq da var ki, Ermənistana səfər edəcək Zelenski Azərbaycana gəlməyəcək. Bu yaxınlarda Münxendə Prezident İlham Əliyevlə Zelenski arasında görüş olmuşdu. Görüşdə ikitərəfli münasibətlər ətraflı müzakirə edilmişdi. Amma bəziləri yazırlar ki, Zelenskinin Azərbaycana səfərindən bizə ziyan dəyə bilər. Bu, mümkün deyil. Azərbaycanla Ukrayna arasında möhkəm dostluq əlaqələri var. Azərbaycan prezidenti də ötən illərdə Ukraynaya səfər edib. Üstəgəl, müharibə başladıqdan sonra Azərbaycandan Ukraynaya böyük həcmdə humanitar yardımlar göndərilir. Zelenski dəfələrlə buna görə Prezident Əliyevə təşəkkür edib.
Başqa sözlə, Zelenskinin Ermənistana səfərinin Azərbaycana toxuna biləcək bir tərəfi yoxdur. Mənim ehtimalıma görə, bu səfər Rusiya ilə bağlıdır, İrəvandakı müzakirələr də bu yöndə olacaq. Rusiyadan uzaqlaşmaq və onun beynəlxalq aləmdə təklənməsi Ukrayna üçün həyati önəm kəsb edir. Ukrayna mümkün qədər Rusiyanı əlverişsiz vəziyyətə salmağa çalışır.
- Ermənistanın KTMT-dən çıxması və Rusiyanın Gümrüdəki bazasının bağlanılması ilə bağlı mesajların yaratdığı gərginlik fonunda Zelenskinin Ermənistana səfəri Moskvaya qarşı ikinci cəbhənin bu ölkədə açılacağı ehtimalını da gündəmə gətirib. Siz bunu mümkün hesab edirsinizmi?
- Bunu hərbi və ya müharibə formasında təsəvvür edə bilmirəm, amma Ermənistanın hərəkətləri Rusiya üçün ikinci cəbhənin açılması deməkdir. Ermənistan baş nazirinin Münxendə Fransa agentliyinə müsahibəsi və qayıtdıqdan sonra İrəvanda verdiyi açıqlamalar Rusiyanın nüfuzuna ikinci cəbhədən çox zərər vurub. Paşinyan cidd-cəhdlə Rusiyanı nüfuzdan salır. Ermənistan baş naziri “Rusiyanın nə qədər təhlükəli olduğu və heç kimin ondan xeyir görmədiyi” fikrini beynəlxalq ictimai rəyə yeridir.
Ermənistan hərbi müstəvidə olmasa da, ideoloji cəhətdən çoxdan Rusiyaya qarşı ikinci cəbhəni açıb. Zənnimcə, bu yöndə də müəyyən nəticələr əldə edib.
- Fransa tərəfindən silahlandırılan Ermənistanın Azərbaycana qarşı hərbi təxribata çəkiləcəyi ilə bağlı iddia da dolaşır. Məqsədin də iki ölkə arasında irimiqyaslı savaş olduğu bildirilir. Ermənistan bu avantüraya gedəcəkmi?
- Fransa çox təhlükəli və qızışdırıcı ölkədir. Onun başında duran adam ağıllı deyil, Makronu nəzərdə tuturam. Makron bütün varlığı ilə, yalançı vədlərlə Ermənistanı Azərbaycana qarşı təhrik edir. Amma mən Ermənistanın bu qədər cəsarətli olduğunu düşünmürəm. Zatən, Rusiya Ermənistandan yanıqlıdır. Ermənistan yenidən təxribata əl atsa, özlərinin yazdıqları kimi, bir neçə yüksəkliyi işğal etmək üçün lokal xarakterli hərbi əməliyyata başlasa, bu, ona heç bir halda xeyir gətirməyəcək. Əksinə, bu durumda güclü Azərbaycan ordusu Ermənistanın təxribatlarına cavab olaraq, Zəngəzur istiqamətində strateji əhəmiyyətli yüksəklikləri götürə bilər. Azərbaycan bunu istəmir, biz sülhdə maraqlıyıq. Amma Ermənistanın istənilən təxribatına verəcəyimiz cavablar da var.
Xarici işlər nazirləri Almaniyada görüşdülər. Avropa Birliyi və ABŞ də yenidən sülh müqaviləsinin imzalanması üçün ciddi mövqelər sərgilməyə başlayıb. Fransa istisna olmaqla, Ermənistanı qızışdıran başqa ölkə yoxdur. Mənim qənaətimə görə, Nikol Paşinyanın özü də sülhü arazulayır. O başa düşür ki, sülh sazişi həm də öz hakimiyyətinin möhkəmlənməsinə gətirib çıxaracaq. Üstəgəl, sülh sazişi imzalanacağı təqdirdə Ermənistana böyük investisiyaların yatırılacağı qabaqcadan vəd edilib. Bura Avropa Birliyinin 2.6 milyard avroluq vədi də daxildir, eləcə də ABŞ və bəzi dövlətlərin. Ona görə də düşünmürəm ki, Ermənistan bu cür perspektivi qoyub daha şübhəli və ağır nəticələri olacaq perspektivlərə doğru addım atacaq.
- Cənubi Qafqazda yerləşməyə çalışan Fransanın dəstəkçiləri varmı – istər Qərb, isərsə də region dövlətləri arasında?
- Fransaya geniş dəstək verən dövlət yoxdur. Fransa uzun müddətdir Avropanın canını boğazına yığan ölkədir. Makronu isə ciddi siyasətçi hesab etmirlər. Düzdür, bundan əvvəl Gürcüstan Fransanın göndərdiyi silahları öz ərazisindən buraxıb, amma Azərbaycan yeni partiyanın bu yolla göndərilməsi ehtimalına qarşı ciddi etiraz edib. Məncə, yeni silahların Gürcüstan üzərindən ötürülməsində ciddi çətinliklər yaranacaq.
Bəli, Fransa böyük ölkədir, nüvə dövlətidir, elmi-texniki baxımdan tərəqqi edib. Amma Fransa Avropa Birliyi daxilində müəyyən nüfuza malikdir, dünyada isə belə qəbul edilmir. Əksinə, onun Cənubi Qafqazı qarışdırmaq cəhdləri başda ABŞ olmaqla, bir çox dövlətləri qəzəbləndirir. Fransanın Cənubi Qafqaza can atması və Gümrüdə Rusiya hərbi bazasını əvələmək məqsədi çoxlarının xoşuna gəlmir. Hətta bəzilərini qıcıqlandırır ki, bir bazanı çıxarıb öz bazanı yerləşdirmək bölgə üçün xeyirli ola bilməz.
Fransa Azərbaycana qarşı Ermənistana münasibətdə daha açıq və davakar mövqe tutur. Bu baxımdan, bölgədə yerləşmək istəyən Fransanın ən böyük əleyhdarlarından biri qardaş Türkiyədir, Azərbaycanın özüdür. Lazım gələrsə, Pakistan da bu prosesdə bizə dəstək verəcək. Hətta bizi sevməyən İranın özü də Fransa qoşunlarının Ermənistana yerləşdirilməsinə narazıdır. Üstəgəl, Gümrüdə yerləşmək üçün, ilk növbədə, Rusiyanı oradan çıxarmaq lazımdır. Bu məsələ ilə bağlı Ermənistanla Rusiya arasında gərgin mübarizə gedəcək. Fransa nahaq yerə özünü əldən salmasın.