Prezidentin nazir təyin etdiyi Fərid Əhmədov kimdir? - DOSYE

Prezidentin nazir təyin etdiyi Fərid Əhmədov kimdir? - DOSYE Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Turab oğlu Əhmədov Ədliyyə naziri təyin edilib.

Yeni nazirin dosyesini təqdim edirik:

F.Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə isə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib.

2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.

2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub.

2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olub.

2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

2021: Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib.

2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Rus və ingilis dillərini bilir.
Ailəlidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. Nazir vəzifəsinin icrası fevralın 16-da müvəqqəti olaraq Azər Məmməd oğlu Cəfərova həvalə edilib.

2000-2024-cü illərdə Ədliyyə naziri olmuş F. Məmmədov isə ötən həftə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

Oxşar xəbərlər