Azərbaycan Milli Elmlər Akademiyasının Sosial Xidmətlər Şöbəsinin müdiri, Professor Elton Məmmədov - “Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımından 32 il ötür. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. İstər ölkə daxilində, istərsə də dünyanın ayrı-ayrı ölkələrində keçirilən tədbirlər həqiqətlərimizin təbliğində, XX əsrin dəhşətli faciəsi olan Xocalı hadisəsinin soyqırımı kimi tanıdılmasında əhəmiyətli rol oynayır. İllər keçdikcə hər bir hadisənin mahiyyəti daha dərindən dərk olunur, düzgün dəyərləndirilməsinə çağırışlar edilir. Reallıq budur ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın ozamankı rəhbərliyinin üzərinə düşür.”
Bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisası alınıb: “Dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı.
44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. 44 günün hər gününü tariximizə zəfər səhifələri kimi yazan Silahlı Qüvvələrimiz Ermənistan ordusunu diz çökdürdü, 30 illik işğala, soydaşlarımızın torpaq həsrətinə son qoydu, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılması qürururmuzu, kimliyimizi özümüzə qaytardı. Şanlı Qələbəmizdən sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması istiqamətində səylər göstərildi. Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmağa çalışsa da, Ermənistan yenə də havadarlarının dəstəyinə arxalanaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, hərbi təxribatlarını davam etdirdi, silahlı birləşmələrini ərazilərimizdən çıxarmadı. Təbii ki, bu vəziyyət antiterror tədbirlərini qaçılmaz etdi. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi. Suverenliyimizin tam bərpa edilməsi hər birimizi qürurlandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı. Bu il Xocalı faciəsinin ildönümünü daha fərqli ovqatda qeyd edirik. Baxmayaraq ki, Xocalı yarası heç zaman sağalmaz, amma bu gün bu torpaqda üçrəngli Bayrağımızın dalğalanması bir daha sübut edir ki, Azərbaycan xalqı yenilməz, məğrur xalqdır.”
Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim torpağının yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular: “Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Xocalı şəhərinin əhəmiyyətini artıran səbəblərdən biri də Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. 32 il əvvələ qayıdıraq o amansız soyqırımını, onun günahsız qurbanlarının xatirəsini yad edir, erməni vəhşiliklərini bir daha dünyaya çatdırır. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu şəhəri öz havadarları ilə birgə bir gecədə yerlə-yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib.”
Bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra açıqlandı: “1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. Həmçinin Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu soyqırımı törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atdığı addımlar göz qabağındadır. Tarixi Zəfərimizdə diplomatik uğurlarımız öz sözünü dedi. Həqiqətlərimizin, o cümlədən Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunin gördüyü işlərin miqyası olduqca böyükdür. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.”
32 il əvvəl Xocalıda törədilmiş qətliamı, ümumilikdə xalqımızın başına gətirilən faciələri unutmamalı, gələcək nəsillərə çatdırmalıyıq. Bunlar tarixdir. Onların öyrənilməsi, nəsildən-nəslə çatdırılması bütün dövrlər üçün əsas çağırışlardandır.