Ermənistanda müharibə ritorikası yenidən aktuallaşıb. Və bu proses o qədər intensiv şəkil alıb ki, isterik vəziyyətə çatıb. JAMAZ.İNFO xəbər verir ki, əksər ekspertlər bununla bağlı iddia irəli sürürlər ki, guya, yaxın zamanlarda Azərbaycan Ermənistana hücum edəcək.
Ekspert Armine Adibekyan yazır ki, Nerkin Hand kəndi yaxınlığında baş verən hadisələr “ilk qaranquş”lardır. “Azərbaycanın bu il Ermənistana hücum edəcəyini bildiyimiz üçün Zəngilan istiqamətində baş verənlər, ilk “qaranquş”dur. İndi isə plan belədir, əvvəlcə Sevan (Göycə) sərhəd gölü olacaq. Yəni, Sevanı böləcəklər. Daha sonra isə onlar Cermukdan, Vaykdan keçərək Naxçıvana enəcəklər. Eyni zamanda Ermənistanın Gürcüstana gedən yolunu Tavuşdan kəsəcəklər”.
Amma təkcə, Adibekyan deyil, digər tanınmış ekspert Argişti Kiviryan da davamlı olaraq, “müharibə başlayır” açıqlamaları ilə diqqət çəkməyə başlayıb. O bildirir ki, müharibə qaçılmazdır. “Hər halda Azərbaycanın hücumu gözlənilir. Paşinyan isə bu hücumu onunla əlaqələndirəcək və deyəcək ki, camaat, gördünüz, imtina etdiniz, ona görə də Azərbaycan hücum etdi”.
Erməni politoloq daha sonra qeyd edir ki, guya, Azərbaycan ordusu hər dəqiqə hücuma keçə bilər. “Nikol Paşinyan Azərbaycanla sülhə ümid edir. Bu ac toyuğun yuxuda darı görməsinə bənzəyir. Əgər indi Azərbaycanın sülh müqaviləsini imzalamadığını elan etsə, bu, onun fiaskosu, Qarabağı boş yerə təslim etməsi demək olacaq”.
Qeyd edək ki, ermənilərin isterikaya düşməsi Nerkin Handda DSX-nın keçirdiyi əməliyyatla bağlıdır. Ötən həftə Azərbaycan Sərhəd Qoşunları Ermənistanla sərhəddə baş verən təxribatın qarşısını almaqla yanaşı, həm də “qisas əməliyyatı” keçirmişdilər. Bu zaman 4 erməni hərbçi ölmüşdü. Bu hadisədən sonra ermənilər qoruxya düşərək, “müharibə başladı”, “Azərbaycan hücum etdi” təbliğatına start veriblər.