Bu il turizmdə yeni dövr olacaq - AHA

Bu il turizmdə yeni dövr olacaq - AHA 2024-cü il Azərbaycan turizminin inkişafı baxımdan yeni dövr olacaq.

Bunu Azərbaycan Hotelçilər Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov deyib.

Onun sözlərinə görə, turizm sektoru, xüsusən də hotelçilik inkişaf edib.

"Bu gün Azərbaycanda dünyamiqyaslı hotel brendləri fəaliyyət göstərir. Lakin uğurlarımızla yanaşı, problemlərimiz olub. Bu xüsusən də pandemiya dövründə baş verdi. Pandemiya hotelçilik sahəsini çökdürdü. Amma bu sahə yenidən inkişaf mərhələsinə qədəm qoymaqdadır. Bu baxımdan 2024-cü il turizm və hotelçilik üçün yeni bir inkişaf dövrü olacaq. Bu il ölkəmiz COP-29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək. Bu bizə ölkənin unikal turizm potensialını dünyaya tanıtdırmaq baxımdan mühüm rol oynayacaq", - Əlimuradov qeyd edib.

Oxşar xəbərlər