Bakıda tur gəmisi batdı -YENİLƏNİB (VİDEO)

Bakıda tur gəmisi batdı -YENİLƏNİB (VİDEO) Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

11:58

***
Xəzər dənizində gəzinti qayığı batıb.

Hadisə Bakı sahilində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakıda gəzinti qayığının batması ilə bağlı 112 qaynar xəttinə məlumat daxil olub.

Qeyd edilib ki, dərhal nazirliyin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub və batma təhlükəsində olan vətəndaşlar xilas edilib.


Oxşar xəbərlər