Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub. Belə ki, evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi, eləcə də qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.
Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına müvafiq maddədə nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.
Sözügedən dəyişiklik oktyabrın 1-də qəbul edilib. Mətbuatda yayılan məlumatlara görə, qərarın qəbulundan sonra Bakı ətrafı qəsəbələrdə və Abşeronda fərdi yaşayış evlərinin tikintisi dayandırılıb.
Ümumiyyətlə bu dəyişikliyin mənzil bazarında bahalaşmaya səbəb olacağı deyilir.
Məsələ ilə bağlı Modern.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, sənədsiz evlərlə bağlı yeni qərar bu ilin oktyabrından əvvələ aid deyil:
E.Fərzəliyev sözügedən qərarın çıxarışlı evlərin qiymətini artıracağını söyləyib:
“Çıxarışsız evləri təxminən 25 min manatdan başlayan qiymətlərlə almaq mümkün idi. Fərdi həyət evləri almaq olurdu. Sənədsiz evlərlə bağlı yeni qərar birmənalı olaraq çıxarışlı torpaqların və əmlakların satış qiymətini artıracaq. Digər yandan belə çıxarışsız torpaqların satış qiymətində ciddi şəkildə azalma müşahidə olunacaq. Vətəndaş kommunal xidmətlərlə təchiz olunmayan evi almayacaq”.
“İndiyə qədər çıxarışı olmayan fərdi həyət evləri kommunikasiya xətləri ilə təmin olunub. Söhbət 2023-cü ilin oktyabr ayının 1-dən etibarən tikiləcək sənədsiz evlərdən gedir. Bu qərar ona hesablanıb ki, artıq vətəndaş məcbur qalıb belə evlər tikməsin. Yeri gəlmişkən sənədsiz evlər daha çox Bakı və Abşeron ərazisindədir”.
Ekspert ümumi olaraq mənzil bazarında qiymətlərin baha olduğunu vurğulayıb:
“Mənzil bazarında onsuz da qiymətlər illərdir ki, artan xətt üzrə inkişaf edir. Son üç ildə qiymətlərdə artım daha kəskindir. Bunun da bir sıra səbəbləri var. Tikinti üçün torpaq sahələrinin olmaması və ya məhdud olması, sənədləşdirmədə çətinliklər mənzil bazarında qiymət artımlarına səbəb olur”.
Əmlak eksperti Nüsrət İbrahimov da qərarın yeni tikiləcək evlərə aid olduğunu, lakin bunun mənzil bazarında qiymətlərə heç bir təsir göstərməyəcəyini söyləyib:
“İndiyə qədər sənədsiz tikilən evlərin hamısı artıq kommunal xidmətlərlə təchiz olunub. Sözügedən qərar yeni tikilən sənədsiz evlərə şamil olunacaq. Bu isə daha sənədsiz binaların tikilməyəcəyinə əsas verir. Çünki vətəndaş başa düşəcək ki, sənədsiz ev tiksə, heç bir kommunal xidmətlə onu təchiz edə bilməyəcək. Mən bunun mənzil bazarında qiymətlərə elə də təsir edəcəyini düşnümürəm. Çünki sənədsiz evləri əsasən imkansız ailələr tikirlər. Çünki bu şəxslər açıq bazardan mənzil almaq iqtidarında deyillər. Onsuz da onlar bazar iştirakçıları deyillər və qiymət artımlarına təsir etməyəcək”.