Can Azərbaycanın Vətən müharibəsindən sonra 30 illik işğala son verdi. Beləliklə, sülhə bir addım da yaxınlaşdıq.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilən X Zirvə Görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistan Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməlidir:
“Regional kommunikasiyaların açılması bütün regionun xeyrinədir. Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirəcəyik”.