Gənclərin avtomobildə təhlükə saçan davranışları sosial şəbəkədə müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında baş verib. Görüntüdən aydın olduğu kimi, “Toyota” markalı avtomobilin sürücüsü maşının yan şüşəsindən çölə çıxıb və sükan çənbərini ayağı ilə tutaraq maşını idarə etməyə başlayıb. Daha sonra yan oturacaqda əyləşən sərnişin sürücü tərəfə keçib və sükanı tutmağa çalışıb. Yenidən sükan arxasına qayıdan sürücü sərnişini qucağına alaraq avtomobili sürüb. Bu zaman arxada əyləşən sərnişinlərdən biri avtomobilin yan şüşəsindən çölə çıxıb və qarşı tərəfin yan şüşəsinə keçib. Qorxu dolu hərəkətə baş vuran gənc çətinliklə geri qayıdıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, həmin videogörüntülərlə bağlı araşdırmalar aparılır.
Elşad Hacıyev sürücülərə qaydalara ciddi riayət etmələri və eyni zamanda digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamaları üçün müraciət edib.
Qeyd edək ki, son zamanlar gənclər arasında yeniyetmə və həmyaşıdlarına pis örnək olan bu tip videolar çox paylaşılır.