Qarabağ separatçılarının “keçmiş lideri” Samvel Şahmaranyanın Ermənistan İctimai Televiziyasına müsahibəsində bir məqam diqqətimi cəlb edib. O bildirib ki, sentyabrın 19-da səhər saatlarında Rusiya sülhməramlı kontingentinin komandanının otağında olub: “Azərbaycan ordusunun hücuma keçəcəyini onda anladım ki, Azərbaycan hərbçiləri Rusiya hərbçilərinin Şuşa yaxınlığındakı postuna yaxınlaşaraq onlara təhlükəsiz yerə keçmələri barədə xəbərdarlıq ediblər. Azərbaycan hərbçiləri rusiyalı hərbçilərə deyiblər ki, bir azdan artilleriya atəş açmağa başlayacaq”.
Samvel Şahmaranyanın bu sözləri ona dəlalət edir ki, separatçılar Azərbaycan ordusunun hücuma keçəcəyini bir neçə saat əvvəl öyrəniblər və bu haqda onları Rusiya hərbi kontingentinin komandanlığı məlumatlandırıb. Əks halda Samvel Şahramanyan hardan öyrənə bilərdi ki, Azərbaycan hərbçiləri Şuşa postundakı Rusiya hərbiçilərini hücum barədə məlumatlandırıblar. Sentyabrın 19-da səhər saatlarında separatçıların lideri məhz buna görə Rusiya hərbi komandanlığının qərargahına çağrılıb. Təəccüblü heç nə yoxdur, həmişə belə olub. Elə buna görə də Rusiya hərbi kontingentinin Azərbaycan ərazisini qısa müddətdə tərk etməsinə nail olmalıyıq.
Orxan Tuncər