Bakı ilə İrəvan arasında NƏ MÜHARİBƏ, NƏ SÜLH durumu... KİMİN İŞİNƏ YARAYIR?..

Bakı ilə İrəvan arasında NƏ MÜHARİBƏ, NƏ SÜLH durumu... KİMİN İŞİNƏ YARAYIR?.. “Azərbaycan Prezidentinin köməkçisi açıq şəkildə bildirdi ki, Bakı bundan sonra Ermənistanı Zəngəzur dəhlizinin açılmasından ötrü dilə tutmayacaq”.

Moderator.az xəbər verir ki, bunu “Kavkazskiy uzel” nəşrinin müxbiri ilə söhbətində Avropaya İnteqrasiya üzrə Azərbaycan Milli İctimai Komitəsinin üzvü Toğrul Cuvarlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Zəngəzur dəhlizi ilə bağlı son açıqlamasına münasibət bildirərkən söyləyib.

“Azərbaycan İrəvana mesaj verdi ki, sövdələşmə daha məqsədəuyğun deyil: Ermənistan öz ərazisindən dəhliz açmasa, Bakı İrandan keçən marşrutdan istifadə edəcək, üstəlik, artıq İran ərazisindən keçən avtomobil yolunun tikintisinə də başlanılıb. Paralel olaraq dəmir yolu da çəkiləcək. Amma bu halda Bakı ilə İrəvan arasında belə bir vəziyyət yarana bilər: nə müharibə, nə sülh. Ermənistan Azərbaycana dəhliz verməyəcək, deməli, Bakı sülh müqaviləsini imzalamağa tələsməyəcək”,- deyə şərhçi bildirib.

"Azərbaycan qoşunlarının iki ölkənin şərti sərhədində dominant yüksəklikləri tutduğunu nəzərə alaraq, Ermənistan daim öz sərhədlərinin qorunmasından narahat olacaq. Bundan başqa, Ermənistanın hələ də nə İran, nə də Rusiya ilə dəmir yolu əlaqəsi olacaq", - deyə Cuvarlı vurğulayıb.

Oxşar xəbərlər