Şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edildi

Şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edildi Lokal antiterror tədbirləri zamanı həyatını itirən şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edilib.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Onlar üçün pensiya təyinatı üzrə sənədləşmə işləri aparılır. Təxminən 40 faizdən çoxunun pensiyaları təyin edilib. Həmçinin, İcbari tibbi sığorta çərçivəsində ödəmələr təmin edilib. Qısa müddət ərzində bütün ödəmələr tam şəkildə icra olunacaq”, - nazir əlavə edib.

Oxşar xəbərlər