Azərbaycan Prezidenti İspaniya kralını təbrik edib

Azərbaycan Prezidenti İspaniya kralını təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın kralı VI Felipeyə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Oxşar xəbərlər