DİN-dən itin şəkər yediyi üçün döyülərək öldürülməsi ilə bağlı AÇIQLAMA - FOTO

DİN-dən itin şəkər yediyi üçün döyülərək öldürülməsi ilə bağlı AÇIQLAMA - FOTO Daxili İşlər Nazirliyi Zaqatala rayonunda itin döyülərək öldürülməsi barədə yayılan görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə Zaqatalada çayxananın həyətinə girən itin şəkər yediyi üçün döyülərək öldürülməsi barədə foto yayılıb.

DİN-dən itin şəkər yediyi üçün döyülərək öldürülməsi ilə bağlı AÇIQLAMA - FOTO

Oxşar xəbərlər