30 ildən sonra qalıqları tapılan şəhidlər dəfn edildi - Fotolar

30 ildən sonra qalıqları tapılan şəhidlər dəfn edildi - Fotolar
30 il əvvəl Füzuli rayonu ərazisində itkin düşən şəhid Babaşov Əlhəm Tahir oğlunun qalıqları doğulduğu Biləsuvar rayonuna gətirilib.

“Qanuninfo.az” APA-ya istinadən xəbər verir ki, şəhidlə rayonun Bağbanlar kəndində vida mərasimi keçirilib.

Həmçinin Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş hərbçi Əsədov Vüqar Habil oğlunun qalıqları Qaradağ rayonunun Lökbatan qəsəbəsinə gətirilib. Şəhid Vüqar Əsədovla yaşadığı evdə vida mərasimi keçirilib. Şəhidin qalıqları Lökbatandakı Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Vüqar Əsədov 31 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb. Şəhidin meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb.

Əlhəm Babaşov isə 1974-cü ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. O da Birinci Qarabağ müharibəsi zamanı, 31.08.1993-cü ildə Füzuli rayonunun Kürmahmudlu kəndi ərazisində itkin düşüb. Onun da qalıqları Edillidəki kütləvi məzarlıqda tapılıb.


30 ildən sonra qalıqları tapılan şəhidlər dəfn edildi - Fotolar30 ildən sonra qalıqları tapılan şəhidlər dəfn edildi - Fotolar30 ildən sonra qalıqları tapılan şəhidlər dəfn edildi - Fotolar30 ildən sonra qalıqları tapılan şəhidlər dəfn edildi - Fotolar30 ildən sonra qalıqları tapılan şəhidlər dəfn edildi - Fotolar30 ildən sonra qalıqları tapılan şəhidlər dəfn edildi - Fotolar30 ildən sonra qalıqları tapılan şəhidlər dəfn edildi - Fotolar30 ildən sonra qalıqları tapılan şəhidlər dəfn edildi - Fotolar30 ildən sonra qalıqları tapılan şəhidlər dəfn edildi - Fotolar

Oxşar xəbərlər