Bütün bunlara səbəb Ruben Vardanyanın meydana çıxması ilə bağlıdır
“Biz danışmaq əvəzinə, silahların danışmağa başlamasına şərait yaratdıq. Çox maraqlıdır ki, nəyə görə bir çox problemlərin aylar əvvəl, Yevlaxdakı görüşdən əvvəl həll oluna biləcəyi halda baş tutdu?”
Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komitəsinin sədri Andranik Köçəryan deyib.
“Demək istədiyim odur ki, Araik Arutyunyanın istefasının səbəbi qeyri-müəyyən olaraq qalır. Bu kimin diktəsi ilə edilib”, - o vurğulayıb.
Köçəryan əlavə edib ki, bu hadisələrdən əvvəl Qarabağda böyük bir palıd ağacının altında Ruben Vardanyan kimi bir fiqur peyda oldu, sonra yox oldu: “Niyə gəldi, niyə “dövlət naziri” oldu, hansı səbəbdən getdi, heç bir rolu olmayan müəmmalı proseslərdə niyə iştirak etdi. Və sonda Yevlax görüşünə şahidlik etdik”, -Köçəryan bildirib.
Onun sözlərinə görə, bundan bir neçə ay əvvəl Bakı ilə dialoqa başlamaq proqramı da var idi. “İştirak edənlərin hamısı imtina etdi. Danışığa getmək üçün mütləq silahlar danışmalı idi? Ola bilsin ki, bununla onlar düşdükləri prosesə haqq qazandırırlar. Samvel Babayan danışıqlar üçün proqram təklif etdi. Oradakı 15 bənddın 13-nə Azərbaycan tərəfi razılıq vermişdi. Bildiyim qədər Babayn indi həmin təklifləri dərc etməyə hazırlaşır.
Son hadisələrə səbəb danışmaq əvəzinə silahların danışmağa başlamasına şərait yaratmağımız oldu. Bütün bunlara səbəbinin kökündə isə Araik Arutyunyanın getməsi və Ruben Vardanyanın meydana çıxması ilə bağlıdır”, - Köçəryan deyib.