Xankəndidə həyacanlı gecə: Ermənilər çaşqınlıqda

Xankəndidə həyacanlı gecə: Ermənilər çaşqınlıqda Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan bayrağını təhqir edən üç gəncin saxlanması, Xankəndidə həyəcanlı anlar yaşadıb. Artıq ermənilər nə edəcəklərini və sabahlarının necə olacağı ilə bağlı “rəhbərlər”indən hesabat tələb edib.

Bu səbəblə Qarabağdakı ermənilər Xankəndidəki cinayətkar hərbi xunta rejimin binası qarşısına toplaşaraq, quldur başçısı Arayik Arutyunyanla görüş tələb ediblər. Meydana toplaşan kütlə “rəhbər”lərindən hesabat və görüş tələb etsə də, kimsə onların qarşısına çıxıb cavab verməyib. Yalnız Tiqran Petrosyan etirazçıların qarşısına çıxaraq deyib ki, qızğın müzakirələr gedir və sona yaxınlaşmır.

Etirazçıların qarşısına çıxan olmadığından zaman-zaman “polislə” aksiya iştirakçıları arasında mübahisə və toqquşma da yaranıb.

Gecə saatlarında xunta rejimi təcili topalanaraq yaranmış durumu və çıxış yollarını müzakirə ediblər. Müzakirələrə 4 saatdan artıq çəkib və toplantıda Arkadi Qukasyan, Bako Saakyan və Samvel Babayan da iştirak edib. Səhərə yaxın bitən müzakirələrdən sonra xunta rejiminin başçısı Arayik Arutyunyan ora toplaşan insanların qarşısına çıxaraq onların suallarını cavablandırıb.

Arutyunyan ilk növbədə toplaşanların diqqətinə bir neçə gündən sonra onları ciddi çörək çatışmazlığı problemi gözlədiyini və yolun açılması üçün hər şeyi edəcəklərini bildirib. O, eyni zamanda Ağdam-Xankəndi yolunun açılmasını deyil, Laçın yolunun açılmasını məqbul hesab etdiklərini qeyd edib.

İnsanların çoxu həyəcanlı olub və tez-tez Arayik Arutyunyanın sözünü kəsiblər. Son vaxtlara qədər güclü müxalifətçi kimi çıxış edən və Arayik Arutyunyanı satqın adlandıran Tiqran Petrosyan mikrofonu götürərək danışmaq istəsə də, insanlar onu fitə basaraq danışmağa imkan verməyiblər. Etirazçı kütlə Arayik Arutyunyanla sual-cavabdan sonra kor-peşman evlərinə dönüblər.

Qeyd edək ki, ermənilər Bakının şərtlərini qəbul etməyənədək Azərbaycana qarşı etdiklərinə görə, hələ belə çox həyəcanlı anlar yaşayıb yuxusuz gecələr keçirəcək və çox peşman olacaqlar.

Oxşar xəbərlər