“Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycan dövlətinin suverenliyini və təhlükəsizliyini təmin edir

“Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycan dövlətinin suverenliyini və təhlükəsizliyini təmin edir
Hər bir dövlətin şanlı tarixinə qızıl hərflərlə yazılmış, unudulmaz günləri olur. Azərbaycan dövlətinin tarixində də belə günlərin sayı çox olmuşdur. Buna, İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbəni xüsusilə qeyd edə bilərik.
İşğaldan azad olunmuş rayonlarımızın hər birində abadlıq, təmir işləri görülməkdədir. 2023-cü il 23 aprel tarixində Laçın rayonu Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmiz üçün ən önəmli tarixi hadisələrdən biri oldu. Bu sərhəd-buraxılış məntəqəsinin strateji əhəmiyyəti çox böyükdür. Belə ki, yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin ölkəmizdən çıxarılması və seperatçıların tərkisilah olunması baxımından “Laçın” sərhəd-buraxılış məntəqəsi çox böyük önəm daşıyır. Böyük Şuşa zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli qələbə, bu sərhəd-buraxılış məntəqəsinin qurulması olmuşdur. Bir zamanlar soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən erməni ordusu indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündə dayanır. Qürur hissi ilə qeyd edə bilərik ki, bu bizim ölkəmizin, millətimizin uğurudur!.
“Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycan dövlətinin suverenliyini və təhlükəsizliyini təmin edir. Sərhəd-buraxılış məntəqəsinin mövcudluğunun ölkəmiz üçün çox müsbət təzahürləri var. Belə ki, Azərbaycan ərazisinə silah,sursat,mina və xarici terrorçuların daşınmasının, təbii sərvətlərimin qanunsuz çıxarılmasının qarşısını alır.
“Laçın” sərhəd –buraxılış məntəqəsinin nə qədər əhəmiyyətli olduğunu dərk edən düşmən, müxtəlif bəhanələrlə bu sərhəd-buraxılış məntəqəsinin qanunsuz olduğu fikrini irəli sürsə də , Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən onların bu iddiaları qəti şəkildə təkzib edilmişdir. Bütün bunlara baxmayaraq, Erməni manipulyasiyalarının strateji hədəfi hərbi təxribatlar üçün süni səbəblər yaratmaqdan ibarətdir.

Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
informatika müəllimi Qönçə Rəhmətzadə


Oxşar xəbərlər