Bütün beynəlxalq mexanizmlər, təzyiq vasitələri Azərbaycanı Laçın yolunu açmağa məcbur edə bilmədi. 16 avqustda BMT Təhlükəsizlik Şurasında Ermənistanın tələbi üzrə baş tutan nəticəsiz toplantı bu məqsəd uğurunda mübarizənin kulminasiyası idi. Erməni isteblişmentində dərin məyusluq, həmçinin vurnuxma var, bunu onların mediasında və sosial şəbəkələrin Ermənistan seqmentində aydın görmək olur.
Şübhəsiz, Qarabağdakı hərbi xunta, Ermənistan hakimiyyəti və onların mövqeyinə fəal dəstək verən beynəlxalq çevrələr vəziyyətdən çıxış yolu haqda düşünürlər. Məşhur deyimdə olduğu kimi, ən çıxılmaz hesab olunan problemdən ən azı iki çıxış yolu var, sadəcə, düşünmək lazımdır. Bu baxımdan, erməni cameəsi də istisna deyil. Amma onlar hansı yolu seçəcəklər, bu zaman regiondakı reallıqları nəzərə alacaqlar, yoxsa iki əsrə dayanan erməni hikkəsinin əsrinə çevrilməkdə davam edəcəklər, bunu yaxın zaman göstərəcək.
Reallıq belədir:
BMT TŞ iclasından heç bir qətnamə, bəyanat, yazılı açıqlama olmaması göstərdi ki, Azərbaycanın mövqeyi haqlıdır, habelə beynəlxalq münasibətlərdəki hazırki status-kvo rəsmi Bakıya qarşı sərt təzyiq siyasəti formalaşdırmağa imkan vermir;
Ermənistanın müttəfiqi, Qarabağda işğalı mayalandıran və dəstəkləyən Rusiya imperiyası ağır günlərini yaşayır, Ukraynadakı fəlakətli müharibədən necə çıxacağı qeyri-müəyyəndir. Kremlin əvvəlki resursları azalıb, qarşısında güclənən Türkiyə-Azərbaycan tandemi var, onlarla hesablaşmaq məcburiyyətindədir;
2018-ci ildə Ermənistanda baş vermiş məxməri inqilab nəticəsində iqtidara gələn Nikol Paşinyan komandası müharibədəki biabırçı məğlubiyyətdən sonra vəziyyəti obyektiv qiymətləndirib, ölkəni dalandan çıxarmağa çalışır. Amma Rusiyanın təzyiqləri, Ermənistanın daxilində onun dəstəklədiyi radikal millətçi qruplar ona problemlər yaradır. Paşinyanın siyasətinin mahiyyətini bugünkü çıxışı dəqiq ifadə edib. Baş nazir Müstəqillik Bəyannaməsinin qəbulunun 33-cü ildönümü ilə bağlı xalqa müraciətində sözügedən sənədi sərt tənqid edib. Xatırladaq ki, Müstəqillik Bəyannaməsində Türkiyəyə qarşı ərazi iddiaları da yer alırdı. Sitat: “2020-ci il müharibəsindən əvvəl, xüsusi ilə də sonra Bəyannamənin mətnini dəfələrlə, təkrar-təkrar oxudum. Etiraf etməliyəm ki, müharibədən sonrakı təəssüratlarım müharibədən əvvəlkindən bir qədər fərqli idi. Bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, biz nəticədə Ermənistanı Sovet İttifaqının bir hissəsi edən düstura əsaslanan diskurs və məzmun seçmişik: bu, regional mühitlə qarşıdurma diskursudur ki, bu, bizi qonşularla daima münaqişədə saxlayır. …Hökumətimizin qəbul etdiyi sülh gündəliyi müstəqilliyin gündəmidir, çünki biz sülh yolunda olsaq, müstəqilliyimiz də olacaq. Sülh olana qədər SSRİ-nin ruhu bizim və regionumuzun səmasında dolaşacaq. Mən müstəqilliyi, suverenliyi, demokratiyanı seçirəm. Ermənistan Respublikasının vətəndaşları da müstəqilliyi, suverenliyi, demokratiyanı seçirlər…”
Beləliklə, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağı, Türkiyə ilə münasibətləri normallaşdırmağı Ermənistanın müstəqilliyinin qarantı sayır. O, qarşıdurmaya, yeni müharibəyə getməyəcək, buna resurslar da yoxdur.
Yuxarıda təsvir olunan reallıqlar Qarabağdakı hərbi xuntanın rəhbərliyində fikir ayrlığını, qarşıdurmanı dərinləşdirib. Son günlər Xankəndində baş verən gərginlik əslində ümidsizliyin təzahürüdür. Çünki ümid ediləsi heç bir resurs yoxdur:
Azərbaycan beynəlxalq təzyiqlər nəticəsində Laçın yolunu dəhlizə çevirəcəyi ilə bağlı illüziyalar yoxa çıxıb;
Rusiyanın Azərbaycana sərt təzyiq edib güzəştlərə vadar etməsi barədə ümidlər puç olub;
Öz dərdinin hayına qalan Ermənistan rəhbərliyindən daha kömək gözləməyə dəyməz.
Bölgədə insan kimi yaşamağın yeganə yolu Azərbaycanın şərtlərini qəbul etməkdir. Rəsmi Bakının Ağdam vasitəsilə Qarabağa humanitar dəhliz verilməsi təklifi BMT Təhlükəsizlik Şurasının iclasında da müzakirə edilib, Avropa ittifaqının rəhbərləri də bu variantı dəstəkləyir.
Erməni mediası yazır ki, Xankəndindəki separatçı rejimin rəhbəri Arayik Arutyunyan da dünən keçirdiyi iclasda Ağdam yolu ilə yüklərin daşınması barədə qərar qəbul edildiyini açıqlayıb. Media yazır ki, Aratunyan artıq bu məsələni müzakirə üçün qaldırmır, reallıq kimi təqdim edir.
“Görünür, yaxın vaxtlarda Ağdam yolunda qoyulmuş beton hasar dağıdılacaq. Arayik Arutyunyan bildirib ki, bu yol boyu daşınma qismən olacaq. Ağdam yolu ilə tikinti materialları, dizel yanacağı, dərman preparatları tədarük olunacaq. Ərzaq Rusiya sülhməramlıları vasitəsilə Laçın vasitəsilə gətiriləcək”, – deyə “Hraparak” qəzet yazıb.
Arutyunyan bildirib ki, növbəti mərhələdə Azərbaycandan da gələcək qaz və elektrik enerjisi məsələsinin müzakirəsi planlaşdırılır. O, deyib ki, Azərbaycan bu güzəşt müqabilində Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun istismara verilməsini tələb edir. Söhbət Nənə və Baba heykəlinin altından keçən məşhur dolama yolundan gedir. Onlar bu məsələlərdə razılığa gəlmək üçün yaxın vaxtlarda yenidən görüşmək qərarına gəliblər.
Bir gün əvvəl yayılan xəbərlərdə isə Arutyunyanla Rusiyanın Qarabağdakı emissarı, milyarder Ruben Vardanyan arasında açıq müstəviyə çıxan qarşıdurmadan bəhs olunurdu. Vardanyan yerli mətbuata açıqlamasında Arutyunyandan istefaya getməsini tələb edib. O, hətta bildirib ki, Arutyunyan onun da arasında olduğu 8 şəxslə görüşdə istefaya gedəcəyinə söz verib, lakin sonradan vədinə əməl etməyib. Bu arada məlum olub ki, qondarma rejimin “parlamenti”ndə insident baş verib.
İki gün əvvəl bir qrup silahlı erməni qondarma “parlament”ə girərək, iclası yarımçıq saxlayıb. Karen Motevosyan adlı “səhra komandiri”nin rəhbərlik etdiyi bu silahlı qrup “parlamentin yeni sədri” David İşxanyanı və “parlament” üzvlərini hədələyərək, Araik Arutyunyanın ünvanına səsləndirilən təhqirləri dayandırmağı tələb edib. Həmin silahlı dəstənin şəxsən Arutyunyanı müdafiə və mühafizə etdiyi bildirilir.
Erməni mətbuatı yazır ki, bütün bunlar qondarma rejimin rəhbərliyi uğrunda Arutyunyanla Vardanyan arasında gedən mübarizənin yeni mərhələsidir və belə görünür ki, Vardanyan bu mübarizədə uduzur.
Ermənilərin “Faktİnfo” nəşri isə iddia edib ki, Arutyunyan Azərbaycanla danışıqlara getməyə və Ağdam yolunun açılmasına razılıq verib. O, hətta yaxın günlərdə Bərdə şəhərində Azərbaycan rəsmilərilə görüş keçiriləcəyini iddia edib.
Əlbəttə, A.Arutyunyanın Xankəndində vəziyyətə tam hakim olduğunu düşünmək olmaz. Bu yaxınlarda Rusiya dəstəkli qüvvələr radikal millətçi David İşxanyanı “spiker” postuna gətirməyə nail olublar. O, dünən yaydığı bəyanatda Vardanyanın tezislərini təkrarlayaraq “Artsax”ın müstəqilliyini qorumaqdan dəm vurub. Həmçinin onlar və Ermənistandakı müxalifət partiyaları sentyabrın 2-də “Artsax”ın müstəqilliyinin 33-cü ilini kütləvi mitinqlə qeyd etməyə hazırlaşırlar. Bunlar daxili vəziyyəti daha da gərginləşdirə bilər.
Şübhəsiz ki, proseslərə əsas təsiredici qüvvə Rusiyadır, Xankəndində hansı qüvvələrin ayaqda qalacağına o qərar verəcək. Məsələ burasındadır ki, Azərbaycan Kremlin sabitləşdirməyə çalışdığı status-kvonu qəbul etmək istəmir. Bakının gündəliyində duran əsas məsələ ilk növbədə Qarabağın silahsızlaşdırılması, daxili kommunikasiyaların açılmasıdır. Son günlər həmin bölgədə atəşkəsin tez-tez pozulması da güc tətbiqi variantının gündəmdə olduğunu göstərir.
Arutyunaynın Moskvadan “xəbərsiz” Bakının şərtlərini qəbul etməsi, danışıqlara gəlməsi inandırıcı deyil. Görünür, Moskva hansısa kompromislərə getməklə gərginliyi nisbətən yumşaltmağa, həmçinin yenidən özünü vasitəçi kimi təqdim etməyə çalışacaq.
Bunun əksi, yəni, Azərbaycana qarşı təxribatların davamı, prtoseslərin qanlı mərhələyə keçidi mümkündür. Nəzərə almaq lazımdır ki, Vardanyan və onunla birgə hərəkət edən qüvvələr silahlı müqaviməti davam etdirib, bölgədə kütləvi qırğın görüntüsü yaradıb, dünyanın nəzərlərini yenidən Azərbaycana çevirməyi “effektli plan” hesab edirlər…
Pressklub.az