Ermənistanda rus hərbçilərlə ermənilər arasında dava düşdü - Yaralılar var

Ermənistanda rus hərbçilərlə ermənilər arasında dava düşdü - Yaralılar var Gümrüdə Rusiya hərbi bazası hərbçiləri ilə yerli ermənilər arasında dava düşüb.

“hraparak” xəbər verir ki, Gümrüdə mütəmadi olaraq rus hərbçilərinin iştirakı ilə dava düşür, ancaq bu dəfə baş verən dava böyük səs-küyə səbəb olub.

Belə ki, 102-ci hərbi bazanın yaxınlığındakı “Rossiya” kafesinə 3 sərxoş hərbçi daxil olaraq oradakı müştərilərə və işçilərə qarşı kobud davranıb. Rus hərbçiləri yerli erməniləri söyüb və təhqir ediblər.

Rus hərbçilər oradan çıxarılsa da, onlar qısa müddətdən sonra böyük bir dəstə ilə yenidən kafeyə gələrək orada dava salıblar. Dava zamanı kafenin işçilərindən birinin burnu sınıb.

Nəticədə hadisə yerinə çoxsaylı polis qüvvəsi cəlb edilib.

Polisdən verilən məlumata görə, hadisə ilə bağlı 3 nəfər həbs edilib, ibtidai araşdırma aparılır.

Lakin həbs olunanların Rusiya hərbçisi olub-olmadığı açıqlanmır.

Oxşar xəbərlər