Göyçədə (Geqarkunik) erməni hərbçisi ölüb. Ermənistan tərəfi hərbçinin Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldüyünü iddia edir. Beləliklə, sərhəddə gözənilən gərginliyə başlayırlar: hədəfin “hücum edən tərəf” kimi Azərbaycana beynəlxalq təzyiqə nail olmaqdır;
BMT TŞ-də nəticə əldə edə bilməsələr də, prosesi davam etdirirlər. İrəvanda da anlayırlar ki, Azərbaycana öz ərazisi olan Qarabağ məsələsinə görə təzyiq edilməyəcək, lakin sərhəd toqquşmaları ilə buna nail ola bilərlər. 44 günlük müharibədən sonra Bakıya qarşı təzyiqlər əsasən sərhəd toqquşmalarında edilib, sentyabr döyüşlərində bu xüsusilə hiss olunurdu. Ermənistan eyni ssenari üzrə hərəkət edir və istisna deyil ki, BMT-yə bu dəfə sərhəddə baş verəcək eskalasiya üzərindən çıxmaq, Qarabağla bağlı iddialarını da bunun fonunda irəli sürmək niyyətindədirlər.
Asif Nərimanlı