Putin Ramzan Kadırovun anasını mükafatlandırdı

Putin Ramzan Kadırovun anasını mükafatlandırdı Rusiya prezidenti Vladimir Putin Ramzan Kadırovun anası, Axmat Kadırov adına regional ictimai fondun rəhbəri Aymani Kadırovanı “Şərəf nişanı” ordeni ilə təltif edib.

“Mükafat Çeçenistan rəhbərinin anasına fəal ictimai fəaliyyətinə görə verilib.

Aymani Kadırova Respublikada Rusiyanın yeni regionlarının sakinlərinə müntəzəm olaraq humanitar yardım göndərən fondu idarə edir.

Qeyd olunur ki, Kadırova artıq on mükafata, o cümlədən Donetsk və Luqansk "Xalq Respublikaları"nın “Dostluq” ordeninə malikdir.

Oxşar xəbərlər